DİN: Müxtəlif vaxtlarda 2 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Nizami Rayonu Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda 2 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Polise.az -a verilən məlumata görə, həmin şəxs Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) axtarışda olan əvvəllər məhkum olunmuş İsabala Hüseynovdur.

Qeyd edilib ki, saxlanılan şəxsdən heroin aşkar olunaraq götürülüb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button