DİN: Ötən gün 61 cinayətin açılması təmin olunub

Mayın 8-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə, ümumilikdə 139, o cümlədən borclu şəxs qismində axtarışda olan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button