Diplomatiya riyakarlığı qəbul etmir

Diplomatiya- qələbə strategiyasıdır
Qi de Mopassan  Fransız yazıçısı

İkinci dünya müharibəsi qələbə ilə başa çatdıqdan sonra Hitlerin və nasist komandasının yüksək çinli hərbi elitasının ittiham olunması barədə bir il davam edən Nürinberq hərbi tribunalı beynəlxalq aləmdə cəzanın ali məqsədinin-sosial ədalətin bərpasının canlı təzahürü idi. Tarix belə bir qeyri adi, unikal məhkəmə prosesinin şahidi olmamışdı. Tribunalın “ibrət dərsi” mühakimənin parlaq nümunəsi olaraq yaddaşlara həkk olundu. Məhkəmədə dindirilən hər bir nasist müttəhim (intihar etdiyindən qiyabi ittiham olunurdu) Hitlerə qarşı ifadələr verdi. Bəşəriyyətə qarşı törədilən xüsusilə ağır cinayətə görə Hitler və onun komandası Alman xalqı tərəfindən bu gün də lənətlənir.

Ermənistanın da daxili və xarici siyasəti faşist ideologiyasına xas tərzdə inkişaf edir, ifşası üçün zaman lazım gəlir. Azərbaycan aforizmi ilə ifadə etsək: ”Gəzəyən arvadın paxırı əri öləndən sonra açılar”. İnsanlıq əleyninə törədilən cinayətlərə görə Paşinyan və onun Daşnaksyutun komandası bizə qarşı xüsusilə ağır cinayətlərin təşkilatçısı, təhrikçisi və icraçıları kimi beynəlxalq hərbi tribunalda dünyanın gözü qarşısında mühakimə olunmalıdırlar. Əminəm ki, sülhsevər xalqlar hər zaman onları lənətləyəcəklər!

Ermənilər harada yaşamışlarsa, oranı özünüküləşdirməyə çalışıblar. Müəyyən müddətdən sonra isə ərazi eşqinə-iddiasına düşüblər, “DUR”deyən olmayıb. Havadarları və lobbiləri bu təhlükəli separatizm və semitizm ideologiyasına düşünmədən dəstək veriblər.

İndi tarix zamanın hərəkət şinlərini  dəyişib,haqsızın tərəfində durmamaq üçün haqsızlıqla mübarizəyə start verib. Azərbaycan bu mücadilədə əvvəllər tək idisə, indi HAQQın yanında olanlarla birlikdədir və ona görə güclüdür!

 Avropanın avropada insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına qarşı mübarizə meydanında MÜQƏVVA rolunda çıxış etməsi xalqların səbr kasasını daşdırıb. BMT və Beynəlxalq hüquq isə İBLİS rolundadır. “Dovşana qaç, tazıya tut” – deyir.

Zati Aliləri! Bu nə diplomatiya, nə də demokratiyadır. Diplomatiya və demokratiya riyakarlığı qəbul etmir. Məni qınamayın! Bu, yumşaq mənada “Avropada beynəlxalq mənəviyyat əleyhinə olan-əxlaqsızlıq yuvalarının saxlanılması-fahişəlikdir.”

Diplomatiya siyasi təsadüfləri incəliklə tarixi reallığa çevirəndə diplomatiya olur. Bunun üçün xüsusi bilik və bacarıq lazımdır, bu da bir incəsənətdir – deyərdim. Ermənistan isə incəsənətdən çox uzaqdadır, çox! Diplomatiyada fikir və mülahizələrini hamıya çatdırmaq üçün çoxlu dil bilmək gərək olur. Diqqət edin! Son bir ay ərzində Ermənistan tərəfi ilə humanitar atəşkəslə bağlı 3 saziş imzalanmışdır. Çox güman ki, bu sazişlər ingilis, fransız və rus dillərində tərtib edilib. Amma, Ermənistan siyasiləri heç nə anlamadı, sazişin mürəkkəbi qurumamış atəşkəsi hıyasızlıqla pozdular. Heç bir dili anlamayanla necə davranmaq və dil tapmaq olar? 1994-cü ildə imzalanan Bişkek protokolu da bu qaydada uzun illər pozulmuş və yalnız Azərbaycan tərəfindən susdurulur(du). ATƏT missiyasını dondur(ub)muşdu.

Regionda və daha çox beynəlxalq aləmdə sülh üçün təhlükəli mənzərə ona görə yaranır ki, günahkar tərəf – Ermənistan əməlinin məsuliyyətini dərk etmir, davranışlarına görə təqib olunmur… BMT TŞ-nın qətnamələrini icraya yönəltmək istəməyənlər və yaxud, bacarmayanlar cinayətkarların əməllərinə şərik çıxanlar imiş. Səd heyif! Ərazilər De-yure Azərbaycanın ayrılmaz tərkib hissəsi, Df-fakto isə ermənistanın istilasında. Karl Marksın müdrik bir fikri var. O, söyləyib ki, başqa xalqı istila edən xalq, müstəqil və hüquqi dövlət sayıla bilməz. Dünyanın müstəqil və demokratik dövlətrinin bəziləri bu gün de-fakto ermənistanın yanında durması bütün demokratik dəyərlərin “unitaza” atılmasıdır.

Əziz həmvətənlər! Hər birimiz stadionlarda komandalar arasında başlanan futbol oyunlarında tamaşaçı qismində iştirak etmişik. Oyunçuların qaydaları pozduğu təqdirdə və yaxud, həddini aşıb bir-birilərinə qarşı güc tətbiq etdiyi zaman hakimin-arbitrın bir fiti-düdüyü 30-40 min azərkeşin həyacanını cilovlaya bilir. Təsəvvür edirsinizmi, dünya dövlətlərinin üzv olduğu belə bir böyük, nüfuzlu təşkilatın qəbul etdiyi qətnamələr icraya yönəlmir? Futbol hakimlərinin fiti BMT-nin qərarlarından güclüymüş. Adam xəcalət çəkir. Onda, bu təşkilat nəyə və kimə lazımdır?…

Bu minvalla atlı polislərin ayaqları altında əzilən, Egey dənizində üfürülmüş rezin qayıqlarla  Avropaya pənah gətirən, nicat istəyən günahsız, məzlum insanların, uşaqların və imdad diləyən qocaların suda qərq olmasına, Almaniyada qaçqın düşərgələrinin yandırılmasına dünya göz yumur, kordurlar. Onların harayını eşitmir, kardırlar. Qurbanları dinləmirlər, laldırlar.

Müharibədən, qeyri-insani  şəraitdən qaçmaq istəyən insanların problemləri həmin ölkələrdə həll olunmayanda, mərkəzdən qaçma-başqa ölkələrə üz tutmaq zərurət olur. Avropa təşkilatlarının Azərbaycana qarşı ikrah hissi doğuran münasibəti Azərbaycan ərazilərinin cılız bir dövlət tərəfindən işğala məruz qalmasını və bərpasını unutdurmağa, qardaş Türkiyəni isə Avropa İttifaqına üzv olmaq niyyətindən əl çəkməyə məcbur edən aşkar bir mesajdır. Amma, bu siyasi bumeranq, Avropa üçün acı nəticələr doğura bilər və doğur(ur)acaq.

Bu gün,Avropanın dünyadakı siyasəti avropa dövlətlərinin insan hüquq və azadlıqlarının müdafiəsinə əsaslanmır və müqəddəs sayılan mənəvi dəyərlərə söykənmədiyindən neofaşist siyasətin coğrafiyası genişlənir. Belə hərəkətlər, Avropanın özündə də isti  qarşılanmır. Əgər xatırlayırsınızsa bir neçə il bundan öncə Fransa Prezidentinə şanslı namizədlərdən biri, “seçilərsə AŞ-dan çıxmağı barədə düşünəcək”-mesajını vermişdi. Çox ciddi hədə idi. Deməli, Avropa ilk növbədə məhz elə Avpropada nüfuzunu ititməkdədir. Bu sistemin özü,missiyası və politikası dəyişikliyə uğramasa fəaliyyəti mümkün olmayacaq! Vyetnam müharibəsi ABŞ üçün hansı mənəvi böhrana səbəb oldusa, dünyada Amerikanın siyasətinə və həyat tərzinə necə inamı zəiflətdisə, AŞ-ya etibar və inam çox zəiflədi, çox!

Qənaətimə görə, Avropa riyakarlığa, qeyri obyektivliyə və saxtakarlığa söykənən siyasət aparmamalı, fəaliyyətində səmimi olmalı, qloballığı və cəlbediciliyi ilə fərqlənməli, hamılıqla tanınan prinsiplərə söykənməlidir.

Məs; Avropa hamıya nümunə ola biləcək insan haqlarına sədaqət nümayiş etdirmir, fəaliyyətində ayrıseçkilik hallarına yol verir.

Yaşadığımız dünya mükəmməl olduğu qədər də mürəkkəb və dolaşıqdır, yəqin belə də qalacaq. Avropa bunun fərqində olmalıdır. Dünyanın hər bir yerində şəxsiyyətin dövlət hakimiyyət orqanlarının özbaşınalıqlarından qorunması vəziyyəti xeyli yaxşılaşdığı bir dövrdə AŞ-nın imperiyaya xas meylininin inkişafını sezməmək olmur. Bu böyüklük deyil,dominantlıqdır, dünyaya barmaq silkələyəcək bir ittifaqın ərsəyə gəlməsidir! Ona görə, Böyük Britaniya Avropanın digər qurumunu tərk etməli oldu. Məcburi enmə zolağına qayıdaraq təhlükədən sovuşdu.

Qərbin lokomotivi sayılan Böyük Britaniyanın Aİ-dən qopması bu birliyin  deformasiyaya uğramasının nəticəsi idi. AŞ siyasi simasını çoxdan itirib, ümidləri doğrultmadı. Siyasi riyakarlıq, qeyri-ciddi diplomatik addımlar, Avropanın sütunlarının korrupsiyaya uğraması və müstəsna hörmətsizliklə ifadə olunan ikili standartlı, riyakar qərarlar bu qurumun dəyərini heçə endirib. Diplomatiyada riyakarlığın da ömrü qısa olur-“40 gün”

Problem dünya səviyyəsində liderlərin -Tetçerin, Helmut Kolun, Fransua Mitteranın olmamasında, demokratiyanın yalqız və aciz görkəmdə olmasında, hamılıqla tanınan beynəlxalq normalarının hüquqi qüvvəsinə sayğısızlıqda, dominant dövlətlərin, daha dəqiq ifadə etsək TŞ-nin qətnamələrinə səs verən nüvə sahiblərinin öz imzalarına sahib çıxmamasında, “küləyə qarşı tüpürmək”də, idarəçilikdə “mənəmlik” və başqa maraqlara üstünlüyün verilməsindədir.

 Hər bir dövlətin daxili və xarici siyasəti bəşəriyyətə xidmət etmək üçün düşünülməli, bu siyasətin leytmotivini də insan faktoru təşkil etməlidir.

Niyə, Suriyada, Liviyada, İraqda, Misirdə (Yaxın Şərqdə) insanların yarı kölə, yarı azad vəziyyətdən qurtulması və sülhün bərqərar olması üçün ciddi addımlar atılmadı?

Və yaxud, Azərbaycanın ərazi bütövlüyünün tanınması niyə kağız üzərində qaldı? İnsan hüquq və azadlıqlarına hörmət və ehtiram çərçivəsində prinsipal məsləhətləşmələr və razılaşmalar aparılmadığından bəhrəsi də olmadı. Adlarını DEMOKRAT qoydular və insan ləyaqətini alçaldan hərəkətlərlə, bütün bəşəriyyətə “görk olsun”-deyə İraqı vəhşiliklə məhv etdilər. Qədim Şərqin nadir inciləri daşındı, mədəni və tarixi abidələr yox oldu…

QARABAĞ adlanan ərazilərimiz hələ uzun illər özünə gəlməyəcək! Torpaqlarımızın bağrı çatlayıb, tanınmaz hala salıblar, ərazidə ağla sığmaz və çətin bərpa olunacaq “şırımlar” açılıb.

”Gəmiricilər hər yeri qazıblar ,siçovul yuvalarına oxşayır, səs eşidən kimi ora girirlər. Hər bir artilleriya topunun ”siçovul yuvası” var…”

Bunlara kim cavab verəcək?! Bu, “Avrofobiya” və yaxud,özlərinin yaratdığı mütəşəkkil bir dəstənin tük ürpədici fəaliyyətinin nəticəsi, Vandallığın tərs üzü, GENOSİDİN başqa tərəfidir!

Uzun illlərdir Türkiyə Avropa İttifaqının üzvlüyünə layiq olsa da müxtəlif bəhanələrlə  ona dirsək göstərirlər. Türkiyə çoxdandır vahid iqtisadi bazarın iştirakçısıdır. Avropa isə guya, Türkiyə 1993-cü il Kopenhagen Sammitinin tövsiyələrinə uyğun ölkə olmadığına, stabil demokratik hakimiyyət, hüququn və qanunun aliliyinə önəm vermədiyinə, azadlıq institutlarını yüksək tutmadığına görə bu qurumda olmasını arzulamır, “yox” deyirlər. Guya, Türkiyə hələlik siyasi və iqtisadi şəraiti təmin olunan ölkələr sırasında olmadığından Aİ-yə üzv ola bilməz.(?)

Bütün bunlar islam dövlətlərinə və islam dünyasına qarşı planlı siyasətin, neofaşist niyyətin davamıdır.

 Dünya islam dövlətlərinin güclənməsinə qarşıdır.

AŞPA görünür hərəkətlərini ölçüb–biçmək iqtidarında deyil, ya da nə etdiyini çox yaxşı bilir. Hər iki hal bütövlükdə Avropa üçün arzuolunmazdır. Yad ölkələrin fitnəsi nəticəsində doğma ocaqlarından didərgin düşənlərə Avropa qayğı və humanistcəsinə yanaşmayanda intiqam hissi terrora çevrilir, canlar alır…

 Sual  olunur: Uzun illər ərzində qaçqın həyat yaşayanların, doğma -ata baba yurdlarına qayıtmaq istəyənlərin, valideynlərinin məzarlarını ziyarət edərkən girov götürülənlərin, Aralıq dənizində batanların qisasını kimdən və kim alacaq? Egey dənizində buzlu sularda həlak olan körpələrin günahkarı kimdir? İslam “fədailərindən” Əl-kaidəni, Talibanları, İİŞD-i, PKK-nı və digər qanunsuz silahlı birləşmələrini kim yaratdı, bu silahlı birləşmələri cəbbəxana, pul vəsaiti ilə kim təmin etdi(edir)?  Avropa  qisasçılığa şərait yaradır. Çox təhlükəli bir oyundur, çox!

Bu gün, Türkiyədə sığınacaq axtaran 3 milyon qaçqın yaşayır. Türkiyə sərhədlərini açarsa, Avropa ağıla sığmaz şəraitlə üz-üzə qalacaq. Bunu dərk etmək məgər çətindir?!.

Belə hallar, Türkiyəyə və Azərbaycana qarşı qeyri-insani hərəkətlər islam ölkələrini monolit tərkibdə birləşməyə vadar edəcək.

Avroittifaqda yanılmıramsa 23 dövlət ,üzv var. Avropanın ən kasıb dövləti, sənayesi olmayan, aqrar ölkə Albaniya; iqtisadi əsası turizmlə bağlı olan və 500 minə yaxın əhalisi olan Malta; iqtisadi böhranın  ucbatından dilənən Yunanıstan Aİ-nin üzvüdürlər, amma iqtisadi cəhətdən inkişaf etmiş,NATO-ya üzv ölkə kimi Türkiyəni bu ittifaqa üzv seçmirlər. ( Rusiya dövləti Aİ-nin üzvü deyil, bu barədə düşünmür( Ş.Ə.)

Bu gün, Türkiyə Cumhuriyyətinin siyasi və iqtisadi güc kimi RF, Böyük Çin dövləti ilə yaxınlaşması daha nüfuzlu və daha önəmlidir. Bulanıq imicə malik Avropa qurumlarını Böyük Britaniyadan sonra Fransanın və digər ölkələrinin də tərk etməsi gözlənilir.

 2001-ci ildən üzvü olduğumuz AŞ-dan  müstəqil Azərbaycan nə qazanıb? Ərazi bütövlüyümüzün bərpasına mane olan,BMT TŞ-nin qətnamələrini arxivə atan elə Avropa deyilmi? Həmişə də eyni fikir səslənir: “Tərəflər siyasi iradə nümayiş etməlidirlər.” “Güc tətbiq etməyin tərəfdarı deyilik…” Lakin, o “siyasi iradənin” nədən ibarət olmasını diqqətə çatdırmırlar. Niyə TŞ-nin qətnamələrinin yerinə yetirilməsi üçün Avropa siyasi iradə və siyasi əzələ nümayiş etdirmir? Korrupsiyalaşmış qurumdan başqa bir şey gözləməyə dəyməz.

Almaniyanın qoca kansleri Adenauer vəzifədə ikən belə bir “müdrik kəlam ”işlətmişdi: ”Avropa avropalıların mənzil-qərargahına çevrilməlidir!” Yəqin qoca kanslerin nə demək istədiyini anladınız?Zaman avropanın xeyrinə işləmir. O demontaj olun(acaq)malıdır!

İndi işğal olunmuş ərazilərimiz TŞ-nın qətnamələrinə ehtiyac duyulmadan igid döyüşçülərimiz tərəfindən azad edilir. Xalqın iradəsi və Ali Baş Komandanın qətiyyətilə beynəlxalq normalara ”istirahət” verildi, ərazilərimizə sahib çıxırıq. Bu,son dərəcə çətin və uzun bir siyasi,sıldırımlı yolun müqəddəs məqsədlərindən biri idi,davam edir.

Tanrı ordumuza dayaq olsun.                              

Şəmsəddin Əliyev
polise.az

Hamısını Göstər

Related Articles

Back to top button
Close