“Diska Nəriman” ləqəbli kriminal avtoritet təcridxanada öldü

Azərbaycanda bir həftə əvvəl həbs edilən “Diska Nəriman” ləqəbli kriminal avtoritet Nəriman Qurbanəliyev saxlanıldığı təcridxanada ölüb. Xəbərlərə görə, saxlanıldığı müəssisədə “Diska Nəriman”ın vəziyyəti qəfildən pisləşib və o təcili xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun  vəziyyətinin niyə “qəfildən pisləşdiyi” haqda məlumat verilmir.

Bir həftə əvvəl Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan Zaqatala rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, kriminal aləmdə “Diska Nəriman” kimi tanınan Nəriman Qurbanəliyevdən metamfetamin (“patı”) götürülüb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. 

Xatırladaq ki, N.Qurbanəliyev bir müddət əvvəl də Zaqatalada adam bıçaqlamaqda təqsirli bilinərək həbs edilmişdi. N.Qurbanəliyev əvvəllər Zaqatalada “obşak”a baxıb və həbsdə olan avtoritetlərə pul toplayıb. “Obşak” kriminal aləmin maliyyə vəsaitinin cəmləşdiyi ümumi büdcədir.

Hamısını Göstər

Related Articles

Back to top button