“Dostlarımız üçün çətin gündə də dostuq” – İran Prezidentindən Ermənistana jest

İran Prezidenti Ermənistan parlamentinin spikerini qəbul edib.

Bu barədə erməni mediası məlumat verib. İran Prezidenti İbrahim Rəisi Ermənistan Milli Məclisinin spikeri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Ermənistan və İran arasında iki xalq arasında çoxəsrlik dostluğa və sıx tarixi-mədəni əlaqələrə əsaslanan çoxtərəfli əməkdaşlıq müzakirə olunub.

Ermənistan parlamentinin sədri “Azərbaycan-Türkiyə tandeminin “Arsax”a qarşı açdığı müharibədən sonra yaranmış vəziyyəti” təqdim edib.

Alen Simonyan İran Prezidentinə Azərbaycandan şikayətlənib.

“Azərbaycan nəzarəti altında olan ərazilərdə dövlət səviyyəsində ən qiymətli irsi məhv edir və İran bu məsələdə Azərbaycana nümunə ola bilər”, –  Simonyan sərsəmləyib.

İran Prezidenti İbrahim Rəisi Alen Simonyana “çətin günün dostu” olduqlarını çatdırıb.

“Bütün dostlarımız üçün çətin günlərdə dostuq. Sevincli günlərdə hamı hamıya yaxın ola bilər, amma əsl dostluq çətin anlarda özünü göstərir”, – Rəisi deyib.

Hamısını Göstər

Related Articles

Back to top button