Dövlət Miqrasiya Xidmətinin rəisi: COP29 iştirakçılarına səfərin sadələşdirilməsi üçün tədbirlər görülür
![](/wp-content/uploads/2024/06/144a459b-1873-3bca-b7b4-cf268abbae05_850-780x470.jpg)
İnformasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə COP29 iştirakçılarının səfərini asanlaşdırmaq üçün tədbirlər görülür.
“Report” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Bakıda keçirilən Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri Nazirlərinin Təcrübə Mübadiləsi Forumunda çıxışı zamanı deyib.
“Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi baxımından xarici qonaqların cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan COP29-a sədrliyi BƏƏ-dən götürüb. BƏƏ COP28-ə ev sahibliyi edən ölkə kimi miqrasiyanın idarə edilməsi sahəsində təcrübələrini yeniləyib. Bu təcrübəyə əsaslanaraq və informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə COP29-da iştirak edənlərin ölkəyə səfərini asanlaşdırmaq məqsədilə müvafiq tədbirlər görülür”, – o vurğulayıb.
Xatırladaq ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də BBƏ-nin Dubay şəhərində keçirilən COP28 plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Polise.az