Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb

İyunun 2-də saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları Hevad Əsədziya Həbibulrəhman oğlu, Feyzi Əbdülbasid Əbdülzahir oğlu və Həbibi Mutyullah Əbdülmətin oğlu saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən  Polise.az -a bildirilib ki, fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button