Dövlət sərhədini pozan erməni təxribat-diversiya qrupunun üzvləri barəsində həbs qətimkan tədbiri seçilib


Xəbər verildiyi kimi, mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması və digər qanunsuz hərəkətlərlə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə Ermənistan silahlı qüvvələrinin 2 hərbi qulluqçusu – Hovakimyan Harut Yuriki və Qazaryan Karen Aşoti təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Bu barədə  Polise.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button