Dubayda 150 ölkənin iştirakı ilə Dünya Hökumət Sammiti keçiriləcək

Fevralın 13-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyanın 150 ölkəsindən 20 dövlət başçısı və baş nazirin, həmçinin nazirlər, biznesmenlər və iri maliyyə qurumları rəhbərlərinin iştirakı ilə “Gələcək hökumətlərin formalaşdırılması” mövzusunda Dünya Hökumət Sammitinin açılış mərasimi olacaq.

AZƏRTAC WAM informasiya agentliyinə istinadla xəbər verir ki, Cənubi Qafqaz ölkələri – Azərbaycan və Gürcüstanın da hökumət rəhbərlərinin iştirak edəcəyi bu mötəbər tədbirdə beyin mərkəzlərinin təmsilçiləri, qlobal ekspertlər və dövlət strukturlarının nümayəndələrinin qatılacağı 220-dən çox sessiyaya təşkil ediləcək.

Sayca ikinci olan sammit çərçivəsində keçiriləcək panel iclaslarında dövlət və hökumət başçıları ilə yanaşı, “SpaceX” şirkətinin təsisçisi İlon Mask, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri, professor Klaus Şvab, Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristalina Georgiyeva, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Gebreyesus, Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Gilbert Houngbo qlobal sosial-iqtisadi problemləri müzakirə edəcəklər.

Əlavə olaraq, sammitin gündəliyinə hökumətlərin inkişafın növbəti mərhələsinə hazırlığını və çevikliyini artıran siyasətlərin, strategiyaların və gələcək planların işlənib hazırlanması üzrə 22-dən çox beynəlxalq forum daxil edilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button