Dünyanın 50 ən güclü orduları sırasına daxil olan – Azərbaycan Ordusu

Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və ordumuz dünyanın aparıcı 50 ordusu sırasındadır.

Ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi üçün maddi-texniki bazanın inkişaf etdirilməsi, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsinə qaldırılması, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərə cəlb edilməsi nəticəsində nəzərdə tutulan uğurlara nail olunub.

Qeyd edək ki, Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı keçirilən hərbi parad da ordunun yüksək döyüş qabiliyyətini və vətənpərvərlik əhval-ruhiyyəsini ortaya qoymuşdu. Son beş ildə hərbi potensialımızın təkmilləşdirilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu adını dünya miqyasında güclülər sırasına daxil edib. Beynəlxalq hərbi ekspertlərin də etiraf etdikləri kimi, müdafiə qüdrəti artan Azərbaycan Ordusunun reytinqinin yüksək səviyyədə olmasını aprel döyüşləri, Günnüt zəfəri və bu gün Qarabağda gedən döyüşlər və 5 rayonun işğaldan azad olunması təsdiqləyib. 

Azərbaycanın hərbi sənaye kompleksi də artıq yetərincə formalaşıb. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Bu baxımdan ölkəmizdə keçirilən “ADEX” Beynəlxalq müdafiə sərgisi də xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi nəticəsi, Azərbaycanın iqtisadi tərəqqisinin göstəricisidir. Xüsusi qeyd etmək lazımdır ki, Müdafiə Nazirliyinin rəhbərliyi ordumuzun ölkəmizdə istehsal olunan silah-sursatla təchizatını daim diqqətdə saxlayır. Müdafiə Nazirliyinin rəhbərliyi ordumuzun NATO ilə uğurlu əməkdaşlığına da xüsusi diqqət ayırır. Bu da Azərbaycan Ordusunun modernləşməsinə və NATO standartlarına uyğunlaşdırılmasına mühüm töhfələr verir.

Bu gün Azərbaycan ordusunun arsenalında olan silah-sursata və texnikaya dünyanın əksər dövlətlərinin orduları həsəd apara bilər. Təkcə 2018-ci ildə Azərbaycan Ordusunda silahlanmaya qəbul edilmiş yeni silah və texnikalara diqqət yetirsək bunun şahidi olarıq. Azərbaycan müxtəlif illərdə Rusiya, Türkiyə, İsrail, Ukrayna, Belaus və İrandan müasir tipli silahlar əldə edib. Bunların bir qismi 2018-ci il iyunun 26-da keçirilən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunan paradda nümayiş etdirilib. Yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən qurğular, döyüş təyyarələri, hərbi və nəqliyyat helikopterləri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri hərbi gücümüzün inkişafının göstəricisidir.

Azərbaycan ordusu ətrafında yaranan fikirlər və onun qüdrətinin bariz nümunəsi Dağlıq Qarabağdakı döyüşlərdə aşkar görünür. Bu günə qədər 50 ən güclü ordu sırasına daxil edilməsinin heç də yalnış olmadığını sübut edən Azərbaycan ordusu, siyahıya yenidən baxıldıqda ilk 20-yə daxil olmaq qüdrətindədir. Bir ay müddətində 30 illik qurulan müdafiəni yox edən, minlərlə hərbçini zərərsuzləşdirən və xeyri sayda silah-sursatı məhv edən Azərbaycan ordusu öz qüdrətini nümayiş etdirir. 

Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardığı işğaldan azadetmə əməliyyatları hegemon dövlətlərin də diqqətini çəkib. Belə ki, ABŞ rəhbərliyi ordumuzun apardığı döyüşləri diqqətlə izləyir, Ermənistanın müdafiə qüvvələrinin necə darmadağın edilməsinin şahidi olur. Bunun nəticəsidir ki, amerikalı yüksəkçinli hərbçilər Azərbaycan ordusunun uğurlu əməliyyatlarından sonra hərbi doktrinaya yenidən baxılacağını bəyan edir. 

Dünyada müharibə tarixində yeni yol və uğur formulu ortaya qoyan Azərbaycan ordusu az itki verməklə düşmənə milyardlarla dollar dəyərində ziyan vurur, minlərlə hərbçisini məhv edir, işğal edilmiş əraziləri geri alır. Bütün bunlar Azərbaycanın uzun illər hərbçilərinə keçdiyi yüksək hazırlıq, aldığı müasir silahlar və siyasi iradəsi sayəsində baş tutur. 

Mənbə
baku.ws
Hamısını Göstər

Related Articles

Back to top button
Close