Dünyanın güclü liderə ehtiyacı var

                                                                                                                     “Siz, insanları nəyisə etməyə vadar                                                                                                                                  etməklə Lider ola bilməzsiniz.                                                                                                                                                                                                                                                                                                                             Bu,Liderlik yox,zorakılıqdır”      

                                                                                                                                                                                                                                                                                                     ABŞ-nın eks prezidenti Duayt Eyzenhauer

BMT-nin Baş Assambleyasının 66-cı sessiyasında  beynəlxalq  münasibətlərin ekstremal və burulğan bir zonada olması haqda fikirlər  yer alıb. Bu, böyük bir gəminin  əlverişsiz  hava şəraitində səmtini itirməsinə bənzəyir. Gəmi dost  komandaya və dəqiq kompasa malik olmadığından,düzgün kurs  götürə bilmir.Ona görə də,dünyanın qlobal idarəçilik mexanizminin  təşkilində deformasiyalar var.

Ekstremal şərait, yerində olmayan Liderlərin bəşəri maraqlara və hamılıqla tanınan beynəlxalq normalara hörmətsizliyi nəticəsində yaranır. Adama elə gəlir ki, dünyanı idarə edən personalar vahid bir gəminin sərnişinləri ilə dostcasına davranmır və dünya ictimaiyyətinin iradəsinə uyğun çalışmaq istəmir. Şəxsi maraqlar ümumi maraqları üstələdiyindən  tufan sakitləşib,günəş ətrafa şəfəq saçsa belə,komandanın fəaliyyəti səmərə vermir.Münaqişələr,hegemonluq virusu və  iqdisadi böhran   yeni çeşiddə  baş verməkdə davam edir.

ABŞ-nın sabiq dövlət katibi, hazırda  Stenford Universitetinin professoru K.Rays  BMT   Baş Assambleyasının   66-cı sessiyasında   həmin dövrü belə xarakterizə edir: “Sonrakı aylar və illərdə də,BMT-nin missiyası  burulğanlı şəraitlə  müşayət olunacaq. Ancaq bu gərgin şərait,dünyada demokratiyanın  dəyişməsi ilə əlaqədardır.Avtoritar rejimlərdəki saxta sabitlik  burada üstünlük təşkil edir. Demokratiya zamana uyğun təkmilləşməlidir.”

Baş verən antidemokratik metaforalardan belə qənaətə gəlmək olar ki, dünyanın  burulğanlı zonadan-ekstremal şəraitdən çıxa bilməsi üçün hələ zəmin yoxdur. Tanınmış Britaniya sosioloqu, müasir cəmiyyətin tədqiqatı ilə məşğul olan Z.Bauman da ,açıqlamalarında oxşar fikirlərə yer verir . Z.Baumanın təsəvvüründə müasir dünya dənizdəki gəminin yox,havada kursunu itirən təyyarənin sərnişinləri xilas olmaq üçün haray qoparırlar.Sən demə,kabinədə pilotlar yoxmuş…Beynəlxalq aləmdəki  müasir vəziyyət   burada daha dəqiq əks olunur.

Təcrübəli ekspertlərə görə BMT-nin missiyası  dəqiq deyil, yaranmış ekstremal vəziyyət  məcrasına yönəlmir. Dünya intəhasız dəryada üzən gəmidə sanki taleyin girovuna çevrilib . Kompasın əqrəbləri  aydın səbəblərdən müxtəlif  zidd tərəflərə əyilir. Dünənə qədər doğru sandığımız istiqamətlər, bu gün yanlış yozulur. Dünya tədricən qeyri-müəyyən, ziddiyyətli və münaqişəli bir “quruma ” çevrilir. Belə bir gərgin  və təlatümlü  şəraitdə hamını qane edəcək bir liderə tələb və ehtiyac əhəmiyyətli dərəcədə güclənir. Yeni və mürəkkəb qərarların qəbul edilməsi gərək olur.Qərb sosioloqu Ziqmund Baumanın fikri ilə ifadə etsəm,“Yuxarıdan komanda gözləyən və  suyun axarı istiqamətinə üzən liderlər dünyanı katastrofaya aparır. Belələrindən qurtulmağın vaxtı çoxdan  çatıb,-deyir. Amerikanın aparıcı politoloqlarından biri  Z.Bjezinskiyə görə isə  amerika sistemindəki  kəskin böhran belə deməyə əsas verir ki, 2025-ci ilədək dünyanın yeni  Liderinin ortaya çıxmasını gözləmək əbəsdir…

1991-ci ildə Sovet İttifaqının süqutundan sonra dünya  ABŞ-dan yeni liderin ərsəyə gələcəyini  gözləsə də,  bu baş vermədi.

Dünyaya hökmranlıq edə biləcək bir dövlət artıq yoxdur. (Zamanında ABŞ-ın sabiq prezidenti Barak Obamanın,- Amerika son 100 il ərzində də  dünyaya liderlik edəcək-proqnozu özünü doğrultmadı)

Beynəlxalq arenada qeyri-müəyyənlik,qaçılmaz risklər və arzuolunmaz nəticələr ABŞ-ın nüfuzunun kəskin azalmasına səbəb olub. (Z.Bjezinski)Amerikalı politoloqun baxışlarına görə  Vaşinqtonun xarici tərəfdaşları bunu  yaxşı başa düşürlər. Politoloq yüksək çinli Çin məmurunun həyacanlı və açıq müraciətini də dünyaya çatdırır: “Allah xatirinə  Amerikanın  nüfuzunun aşağı düşməsinə imkan verməyin”.(?)Amma “Dəyirman” işindədir…

Görünən odur ki,dünyanın həqiqi bir lideri olmadan bəşəriyyətin rifahı və təhlükəsizliyinin təmini mürəkkəbləşir-hələ mürəkkəbləşəcək.Sərhədlərin və ərazi bütövlüyünün toxunulmazlığı silahla hədələnəcək,güc tətbiq ediləcək! Ərköyün Liderlər Beynəlxalq hüququn prinsiplərinə açıq hörmətsizlik ifadə  edirlər.Cəzasızlıq mühiti“ərköyünləri” şirnikləndirir…”Özününküləşdirmək” istəyi və “Mən belə istəyirəm”,- şüarları bəzi dövlət başçıları üçün bir prinsipə və funksiyaya çevrilib…

 Böyük Britaniyanın “Deyli Teleqraf” qəzetində 2012-ci ildə dərc olunan  “Dünyanın ehtiyac duyduğu Lider zuhur edəcəkmi?”-məlumatı da maraqlıdır.

Zənnimcə dünyanın 1941-1945-ci illərdəki liderlərə – Stalinə, Çörçillə, Ruzveltə,  De Qolla, Koffe Annana,bu ğün Cənubi Qafqazda vəziyyəti məcrasına yönəltmək üçün zamanında barmaqla göstərilən Liderlərə sözün həqiqi mənasında böyük ehtiyacı var.

Lider,siyasi yeniliklərin elementlərinə uyğun,dünyanın xəritəsini xatırladan coğrafiyasına və ümumi  maraqlar naminə hamını qane edəcək zəruri dəyişikliklərin  nə vaxt, necə edəcəyini bilməli,sosial-siyasi,iqtisadi proseslərin tənzimlənməsi prosesində özünə inanmalı,ensiklopedik erudisiyaya,siyasi elitada yüksək nüfuza və zəngin xarizmaya malik olmalı,hakimiyyətdə idarəçiliyin əsas metodlarını bilərək qərarların qəbulu zamanı ümumi maraqları nəzərə almağı bacarmalıdır. Onun inteqral (bütöv) yükü və vəsaitləri liderlik funksiyasının realizə olunmasına kifayət etməlidir.

1998-ci ildə ABŞ-nın sabiq dövlət katibi M. Olbrayt avtoritar təfəkkürə xas bir ifadə işlətmişdi: “Bizim İraqa qarşı güc tətbiq etməyimiz qəbul edilməlidir, çünki bu, Amerikadır-bizik və dəyişməzik! Biz ucalıqda və yüksəklikdə olduğumuz üçün gələcəyi digər ölkələrdən yaxşı görürük”.(!?)

 Qənaətimə görə deyilənlər ötən əsrin təsadüfən işlədilən təşəxxüslü ifadələri deyil, başqa ölkələrə xor baxmağın və təkəbbürlüyün bariz nümunəsidir. 2011-ci ildə ABŞ-ın sabiq dövlət katibi,xanım Hillari Klinton da oxşar bir fikir söyləmişdir: “Dünyada hökm sürən çətin şəraitdə, mən və prezident Obama işə başlayıb, amerikalıya xas liderliyi möhkəmləndirə bildik.Bu, Amerika taleyidir – biz liderik ona görə!”(?)

  Amerikanlıların taleyində messian (Messian- yəni Mesiha təsəvvürü, Yəhudi dininə görə-güya Yəhudi xalqını xilas etmək üçün zühur edəcək xilaskara işarə edilir.) təqdimat həmişə olub.Bu,körpənin ana südünə bağlanması kimi yozulur. Hətta buna uyğun başqa bir misal  elə Amerikanın özündə dövriyyəyə buraxılıb və məşhur bir zarafata çevrilib. Tanınmış Amerikalı idmançı və aktyor Çak Horris suya tullanıb çıxandan sonra güya idmançı islanmırmış, daha dəqiq –(zarafat mənasında) su çakhorrisləşirmiş.

Qlobal Liderlik strategiyası Amerikanın xarici siyasətində əsas cəhət kimi qəbul edilir.

 Sabiq prezident Barak Obamanın adminstrasiyası tərəfindən hazırlanmış Milli Təhlükəsizlik Strategiyasında deyilir: “Bizim Milli Təhlükəsizlik Strategiyamız  hiylədən ibarət deyil. XXI əsrdə bizim maraqların səmərəli həyata keçirilməsi üçün liderlik ambisiyamız yenilənməlidir.” Sual yaranır: -Bu  yenilik nədən ibarət olmalıdır?

Amerika artıq jandarm-siyasi mühafizə funksiyalarının və bəşəriyyətin qlobal təhlükəsizliyinin təmin edilməsi işinin öhdəsindən gələ bilmir. Dövlətlər beynəlxalq hüququn prinsiplərindən irəli gələn öhdəliklərin icrasına sayğısızliq göstərir,bəzən məsuliyyətsiz bəyanatlar verir. Güclü dövlətlər başqa dövlətlərin daxili işlərinə müdaxilədən çəkinmir. Hamının tərəfdar çıxdığı insan hüquq və azadlıqlarını ifadə edən beynəlxalq Paktların  prioritetliyi  kağız üzərində qalıb. Bir sıra ölkələrin beynəlxalq münasibətlərin idarə olunmasında iştirakı beynəlxalq aləmdə məmnunluq yaratmır.Beynəlxaq aləmdə sülhə təhlükə var…

Yenə ABŞ-nın sabiq prezident Barak Obamaya istinadən qeyd edirəm:  “Amerikanın hegemonluğu ümumdünya tarixinin nadir səhifələrindəndir.” Amerika isteblişmentinın diskursiv (formal məntiqi nəticələrə əsaslanan) idrakında alimlərin bir-birini tamamlayan fikirləri çoxdur. Məs: Qeyd olunur ki, Amerikanın müstəsna qüdrəti onun iqtisadiyyatı və ölkənin nəhəng hərbi xərclərilə şərtlənir.Dünyanın güclü dövləti kimi beynəlxalq münasibətlərin tənzimlənməsində ABŞın liderlik rolu yüksəkdir.ABŞ beynəlxalq dəniz strategiyasının inkişafında da siyahıya başçılıq edir və s.

 2011-ci ildə Liviyada baş verən hadisələrlə Amerika avropaya və dünyaya göstərmək istəyirdi ki,NATO-ya üzv dövlətlərə nisbətdə  güya hərbi xərclərini azaltmaq niyyətindədir. Amma Liviyada baş verənlər yalnız seyr edildi. ABŞ Asiya- Sakit Okean regionunda Çinin mövqeyinin möhkəmləndirilməsinin şahidi olduqca Asiyaya qayıtdıqlarını bəyan etdilər və bu region Amerika siyasətinin “özəyidir”, –deyə yenə ağalığa başladılar.

Hələ  1995-ci ildə ABŞ prezidenti B. Klinton qərargah rəislərinin birləşmiş komitəsinin üzvlərinə müraciət edərək bildirmişdi ki, “ABŞ Rusiyanın olmasına razıdır, amma onun böyük, hökmran və qüdrətli dövlət olmasına heç vaxt imkan verilməyəcək”.

Bu gün hamıya bəllidir ki, ABŞ dünyanın bütün istiqamətləri və beynəlxalq təşkilatlarda Liderliyini qorumağa,dünya siyasətində və diplomatiyasında özünün ardıcıl istehkam xəttini müdafiə etməyə qadir olduğunu sübut etmməyə çalışır. Bundan sonra isə… Ümumdünya ticarət mərkəzinin yerlə yeksan edilməsilə təkəbbürlüyün acısını daddılar .

NATO-nun yeni XXI əsrin tələblərinə cavab verən strateji konsepsiyasında  Amerikanın dünyaya cavabdeh lideri ilə bağlı qeydlər edilib: “Biz,NATO-nun siyasi liderləri, alyansın yenilənməsini davam etdirərərək,onun təyinatına uyğun olmasını və XXI əsrin təhlükəsizliyini təmin etməklə, hərbi-siyasi alyansın bütün dünyaya  səmərə verə biləcək (bacarığına) əzmkarlığına inanırıq…” Beynəlxalq Təşkilatlar ABŞ-ın liderlik ruhuna uyğun fəaliyyətlərini davam etdirə bilməyəndə,haqlarında sərt tədbir görülür. Məs: YUNESKO 2011-ci ildə Fələstinin müstəqilliyini tanıdığına görə ABŞ təşkilata üzvlük haqqını ödəməkdən imtina etmişdi.Amerika tədqiqatçısı H. Hilsona görə ABŞ-ın liderliyi təkmil və ideal deyil. Dünya problemlərinin həllində onun rolu azalmaqda davam edir.Alternativlər onu qane etməyəndə o hərəkətə keçir. Medalın əks tərəfində başqa şeylər var. ABŞ-ın beynəlxalq birliklər çərçivəsində liderliyə cəhd etməsi həmişə müvəffəqiyyətə səbəb olmur. “lider” adlandırmaq azdır, beynəlxalq aləm gərək səni qəbul etsin”-fikirləri artıq aforizmə çevrilib.Amerika hər hansı bir məsələdə”həddin aşacağını “sezdikdə mürəkkəb və manevredici siyasət həyata keçirir.

 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra ABŞ dünyada nəhəng     bir orduya və həmçinin  iqtisadiyyata malik ölkəyə çevrildi. (SSRİ-nin dağılmasında MKİ-nin həmin dövrdəki sədri böyük Buşun rolu danılmazdır.)

11 sentyabr 2001-ci ildə ABŞ özünün tarixində heç vaxt görünməyən terror hücumuna məruz qaldı. Qaçırılan üç hava Laynerinə sahib çıxan terrorçular Nyu Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin qülləsinə və Vaşinqtona yaxın ,Pentaqonun binasına sarı kurs götürdü. Nəticədə 3000 adam həlak oldu. Bu, qəfil hücum,Amerikanı xarici siyasətində korrektlər etməyə vadar etdi. Prezident C. Buş terrora qarşı müharibə elan etdi və  ABŞ-ın rəhbərliyi altında yaradılan beynəlxalq hərbi kontingent Əfqanıstana daxil oldu. ABŞ konqresinin qəbul etdiyi“Patriotik Akt”la polisin səlahiyyətləri hədsiz dərəcədə genişləndirildi.Beynəlxalq ictimaiyyətin sərt qınağına baxmayaraq  vətəndaşların hüquq və azadlıqları məhdudlaşdırıldı,heç bir hüquqi araşdırma olmadan, insanlar təqsirsizlik prezumpsiyasına zidd həbsə məruz qaldılar. İslamafobiyaya  və irqi ayrı seçkiliyə geniş meydan açıldı. Həmin vaxtlarda Nobel mükafatı laureatı, Misir yazıçısı Nəcib Məhfuz Amerika və avropaya xitab etmişdi: “İnsanları, islam dininə mənsub olanları təqib etmək yetər! Daha çox, o hadisələrin baş verməsinə səbəb olan və onu doğuran  şəraiti öyrənib, onunla mübarizə aparın”.

Liderlik ambisiyasi barədə düşünən başqa dövlətlər də var. Çinin bu sirada  haqqı bəlkə daha çoxdur. Ölkə əhalinin sayına və xarici ticarətinə görə dünyada birinci, ümumidaxili məhsulun həcminə görə ikinci yeri tutur. Pekin artiq dünyada baş verənləri kənardan seyr edə bilmir.Beynəlxalq münasibətlərdəki  ayrı seçkilik halları  onun maraqlarına  sərt toxunur.

Dünyada baş verən ədalətsizliklər,“ağalar-qullar”dünyasi bəşəriyyətə qarşı açıq hörmətsizlikdir. Sivil dünyanin genişlənməsinə istək azdir. Hərbi arsenallarin nümayişi üçün plasdarmlar axtarışına daha çox maraq var.

İsveçrənin məşhur təqdiqatçısı Andre Bonnar cəmiyyətlə təbiəti müqayisə edərək yazır: “Təbiətdə sivilzasiya həm özünün,həm də bitkilərin inkişaf mərhələsini yaşamaq deməkdir. Bitki, ərsəyə gəlib bar verir və sonra saralib solmaqla həyati tükənir. Amma… onlar tam məhv olmurlar, gələcək nəsil üçün qorunur.. Uğursuzluğa düçar olsalar belə, ümidi özlərində saxlaya bilirlər, vecsiz bir şeyə çevrilmirlər..” Avropa antik sivilzasiyadan və dağılmış antik Romadan çox şey götürdü.

Liderlik ambisiyalarına dünyanın başqa hegemon dövlətləri də meyl edirlər. Son illər Çin Xalq Respublikasi bu kefiyyətə daha layiqdir və daha inamla bu mövqeni sərgiləyə bilir. Çin əhalinin sayına və xarici ticarətinə görə dünyada birinci yeri, ümumdaxili məhsulun hasilatına görə isə  ikinci yerdədir . Beynəlxalq münasibətlərdə xaotik vəziyyət Çinin maraqlarina çox toxunur. 2011-ci ildə Liviyadaki müharibə şəraitində Çin 35 min vətəndaşını çevik şəkildə hərbi münaqişənin alovundan xilas edə bildi. Çin ilə müqayisədə Rusiya isə ancaq  min vətəndaşını xilas edə bilmişdi.

 ÇXR təkcə ölkəsinin yox , bütövlükdə dünyanın inkişafında maraqlıdır.

 ÇXR-nin Dövlət Şurasinin üzvü Binqo; “Çin hər şeydən əvvəl 1,5 milyard əhalisinin vəziyyətinə görə yox, həm də dünya xalqlarının və onlarin rifah halının yaxşilaşdırılmasına görə məsuliyyət daşıyir.” “Məsuliyyət daşıyır”, o deməkdir ki, böyük dövlət-Çin,üzərinə düşən məsuliyyəti anlayır və öz ambisyalarını ümumi maraqlar naminə məhdudlaşdırır. Çinin dünyada hökmranliq iddiasinda olan dövlətlər arasındakı ziddiyyətlərin aradan qaldırılmasına yetərincə gücü və bacarığı var.

Çinin müasir beynəlxalq hüquq münasibətlərinin fövqündə statusunu  politoloqlar,beynəlxalq hüquq üzrə dünya ekspertləri qəbul və təqdir edir. Məs: T.V Kolpakova (Trans-baykal Unverstetinin təqdiqatçısı)“Yeni Regionalizm” Qlobal İnteqrasiya proseslərində Çinin təsirini gücləndirilməsi mexanizmi” qeyd edir  ki, “İdeolji planda Çin inkişaf etmiş böyük dövlət obrazinda özünü təqdim edir.Ayri-ayri hallarda və şəraitdən asılı olaraq Çin “qlobal dövlət”, “Regional dövlət və ya inkişaf edən dövlət” olaraq qəbul edilir.

Çin  dünyada özünü komfort səviyyədə  inkişaf etmiş, həm də,  inkişaf edən ölkə kimi hiss edir. Digər tərəfdən siyasi şərhçilər bir-birinə əks olan iki nəhəng dövlətin-iki qütbün, ABŞ-dan fərqli olaraq ÇXR qlobal tənzimləmənin inkişafı məqsədilə  dünya nizamının məcrasına yönəlməsində müstəsna rolunun olmasını(böyüklüyünü) vurğulayırlar.

Fransız filosofu M.Fuko Fransanın liderliyini keçmişdəki Romaya bənzədir.  Fransanın 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında gedən müharibədə hərbi  manevrlərin dayandırılmasında liderlik etməsi haqda məlumatlar da var.(?) Digər tərəfdən, beynəlxalq mediada yayılan informasiyalara görə N.Sarkozi  D.Kemeronla birlikdə 2011-ci ildə Liviyada baş verən hərbi müdaxilənin əsas təşəbbüskarlarından olub.

Xatırlatmaq yerinə düşərdi ki, Fransa De Qoll vaxtında aydın səmada şimşək tək çaxan qətiyyəti ilə -Fransanın NATO-dan çıxması barədə qəbul edilən qərar bu ölkəyə böyük nüfuz qazandırmışdı. 2009-cu ildə Fransanın yenidən Şimali Atlantika hərbi blokuna qayıtması dünya siyasiləri tərəfindən Parisin  qərbin hərbi strukturunda və planlarında əhəmiyyətli yer tuta bilmək  çəhdi kimi dəyərləndirildi.

Bu gün, Almaniya və Fransa arasında açıq liderlik dueti hiss olunur. Bu canfəşanlıq avronun iqtisadi zonaya təsiri və avropanin inteqrasiyası ilə sıx  bağlıdır.

 N.Sarkozinin Fransanin prezdenti vəzifəsində çalışdığı  dövrdə onun müşaviri olmuş Alain Minc “Şpigel” qəzetində verdiyi müsahibəsində Sarkozinin Almaniyanin kansleri  Angel Merkellə  münasibətini belə xarakterizə edir: ”Sarkori Angela Merkeli sevməyə başlayib”…

 Böyük Britaniyanin da özünün milli təhlükəszilik stategiyasinda və dünya işlərində liderliyə can atmasi hiss olunur. Ölkə texnologiya və elm sahəsində,kreativ sənaye,habelə tibbdə liderliyini qoruyub saxlaya bilmişdir. Dünyanin qabaqcil və seçilən Universitetləri orada cəmlənib. Ölkənin 2010-ci ildə qəbul edilən Milli təhlükəsizlik Strategiyasinda qeyd olunur ki, Böyük Britanya yoxsulluqla mübarizədə və yoxsul ölkələrə göstərdiyi dəstəyə görə dünyada liderlik edir. Daha sonra sənəddə vurğulanir: Böyük Britanya nüfuzlu Beynəlxalıq Təşkilatların-NATO, BMT, AŞ, G-8, G-20 ölkələrilə əməkdaşliqda nadir-unikal mövqeyə malikdir.

 Liderlik bəzən böyük maddi və insan itkisi ilə bağli olur. Bu mənada Almaniyanı buna misal göstərmək olar. XX əsrin sonlarında Almaniyanin birləşməsindən sonra avropa ölkələrində dünyada alman hegemonluğunun qorxusu yayılmğa başladı. Bu  gün Avropa ,Almaniyada Lider qıtlığının olmasını narahatlıqla qarşılayır. Daha çox maliyyə böhranının yaşanması  aydin sezilir.  Almaniya İsveçrə Konfederasiyasi kimi mərkəzi Avropa və cənubi avropanin qovşağinda yerləşən Kontinental müstəqil dövlət kimi qəbul edilir. Amma Berlin beynəlxalq arenada təsir imkanlarinin zəifləməsini həzm  edə bilmir. Həftəlik qəzet sayilan “Şpigel”yazır: Son illər ərzində iri beynəlxalq təşkilatlarda bir alman əsillinin olmaması diqqət çəkir. Avropa Komisyasinda da kadr məsələlərinin həlli  Almaniya üçün uğurlu olmayıb.

Almaniynın sabiq xarici işlər naziri  Y.Fişer hesab edir ki, Avropanın aparıcı ölkəsi bu məsələlərdə digər dövlətlərə uduzur. Beynəlxalq valyuta fondunda Fransız xanımının K.Laqrand, Avropa mərkəzi bankına prezdentliy edən M.Draqi misal göstərmək olar.

Son illərdə Türkiyənin  liderlik potensialı  araliq dənizi regionunda və yaxın şərqdə güclənməsi  diqqət çəkir.

Ötən onilliklər ərzində ölkənin iqtisadi imkanlari yüksələn xətlə inkişaf etmişdir. Avropa ölkələrində işləyən Türkiyəlilər vətənə qaydirlar. Türkiyənin xarici siyasətini önə çəkərək demək olar ki, dünya Türkiyədən çox şey gözləyir. İstanbul gələcək onilliklər üçün  xarici siyasətinin inkişafı və uğurla həyata keçirilməsi üzrə geniş tapşiriqlar planlaşdırır. Türkiyə ilk öncə Avropa ittiqfaqına üzv olmaqda  israrlıdır, regiona inteqrasiya kursunu  əzmlə davam etdirir, regional münasqişlərin həllində mühüm rol oynayır. Eyni zamanda dünyada qlobal məsələlərin həllində fəal iştirak etməyə üstünlük verir. Nəhayət, İstanbul Beynəlxalq təşkilatlarda “həlledici rol” tutmağa və dünyanın on iri iqtisadi birliyində olmağa layiq olduğunu artıq sübut edib. 2011-ci ildə “Time” jurnalının oxucularının R.T.Ərdoğanı “ilin şəxsi və adamı” seçməsi çox şeydən xəbər verir. Bütün bunlar Türkiyənin Xarici Siyasətində ehtiva edilən metodoloji və əməli prinsiplərin hamının tərəfdar çıxdığı kriteryalara uyğun həyata keçirilməsinin canlı təzahürüdür.

     Beləliklə Türkiyə liderlik mövqeyində söz sahibidir. Cənubi Qafqaz regionunda və  beynəlxalq aləmdə sülhün təmin edilməsini, Ermənistan və Azərbaycan arasinda sülh sazişinin imzalanmasi məqsədilə Azərbaycan tərəfinin təqdim etdiyi beş baza prinsiplərini qəbul və təqdir edir. Dünyanin Xarici Siyasi məsələlərinin həllində güclü dövlətlərlə bir sirada addimlaya bilir.

Liderlik də bir ambisiyadir. Görən Rusiyanin sözün yaxşi mənasinda belə bir ambisiyasi varmi?  2020-ci ilin Milli Təhlükəsizlik Strategiyasında qeyd olunur ki, Rusiya Federeasiyasının dünya iqtisadiyyatında dövlət-lider mövqeyini möhkəmləndirmək üçün kifayət edəcək potensialı var.Dünyanın əmək bölgüsündə səmərəli iştirak etmək, qlobal rəqabət qabiliyyətli milli təsərüffatda inkişafa nail olmaq, müdafiə potensialının, dövlət və ictimai təhlükəsizlik səviyyəsinin yüksəldilməsi Milli Strategiyasinin qayəsini təşkil edir.

 Bəzi rus alimləri də çox maraqli fikirlər yayir və Rusiyanin dünyada qlobal mədəni liderlik qabiliyyətini elmi əsaslarla izah edirlər. (S.V.Kortunov və A.V.Burqalov) Rusiyanin xarici siyasət konsepyasinda  BMT-nin mərkəzi və kordinasiya rolu önə çəkilərək sivil münasibətlər müstəvisində dünyanin inkişafının   yüksəldilməsiniə  xüsusi önəmi verilir. Rusiya siyasilərinin və alimlərinin mövqeyinə görə özünün Liderlik funksiyasını Arktikada və postsovet məkanında həyata keçirmək üçün tam imkanları var və bu, onun ambisiyası, yəni şərəf məsələsidir.

Rusiyanın indiki ərazisi MDB-nin əhatə etdiyi məkandan böyükdür.  Umumdaxili məhsulun həcmi də elə bu həddədir. Rusiyanın əhalisinin, ona yaxin xarici ölkələrin əhalisinin sayı ilə  müqayisədə az fərq var.  Rus dili böyük dildir,  dünyada istifadəsinə görə 5-ci yerdədir,  MDB məkaninda yüksək əhəmiyyət kəsb edir. Postsovet məkanında lokal münaqişələrin həlli üçün belə bir fikir formalaşib: ”Bu proseslərin həlli- açarı Moskvadadir”. Dünya miqyasinda MDB-yə rəhbərlik də, faktiki olaraq liderlikdir. MDB dünya ərazsinin 16,4%-ni əhatə edir. Dünya ehtiyat fondunda olan neftin  təxminən 40% MDB-nin payına düşür, təbii qazin 40%, kömürün 40%, enerji istehsalının 40% , dünyanı əhatə edən meşə fondunun 25%-i,  dünya su ehtiyatlarının təxminən 11%-i ,əkinə yararlı torpaq sahəsinin 13%-i  məhz Rusiyanın payına düşür. Lakin pərdə arxası görünən odur ki, əmtəənin istehsalına görə və bu sahədə MDB-nin xidməti, habelə payı çox az,cüzidir.

Yeganə Türkiyə dövlətidir ki, qonşu ölkələrlə münasibətləri yalniz qarşılıqlı əməkdaşliq ruhunda davam etdirir. Qonşu ölkələrlə iqtisadi əməkdaşliq möhkəmlənir. Hətta  Türkiyə, Ermənistan  kimi ölkəni tərəfdaş hesab edərək onunla əməkdaşliq etməkdən çəkinmir. Məsələnin bu tərzdə qoyuluşu  diqqət çəkir.

 Beləliklə Rusyanın regional kəsimdəki liderlik ambisyasi üçün müəyyən əsaslar olsa belə, həm ərazi, həm də praktik mənada hələ çox iş görmək lazım gəlir. Rusyanın müəyyən sahədə liderliyə çevrilməsi üçün həllini tapmalı olan planlar çoxdur. Enerji sahəsində potensial fəaliyyəti və inkişafı liderlik rolunda müstəsna önəm kəsb edir. Bu mənada Rusya enerji ehtiyatlarinin eksportu və energetikanın inkişafi ilə bağlı  göstəriciləri  aparıcı yer tutur.

 Qərbin özü də Rusiyanı energetika üzrə əzəmətli dövlət adlandır, Moskvanin siyasi məqsədlər naminə enerji alətindən istifadə etməsinə tez-tez işarə edirlə

  Rusiyanın 2030-cu illər üçün qəbul edilmiş energetika Strategiyasinda ehtiva edilən tədbirlər planı enerji sahəsində Rusiyanın liderlik fenomeninə cavab vermir. Məs: Strategiyada yeni, güclü və modernləşmiş neftayrima zavodlarının ritmik fəaliyyətinə  böyük tapşiriqlar-planlar qoyulur, 2030-cu ildə neftin emali Rusiyada  artıb 89-90% -əcatacaq.

  Çox təəssüf ki, ABŞ-ın Neft emalı zavodlarında  və bəzi avropa ölkələrində bu rəqəm hazırda çoxluq təşkil edir. Hətta Rusiya  2030-cu ilə qədər bu rəqəmlərə nail olsa belə, 1 ton Neftdən benzinin alinmasına görə ABŞ-dan geri qalır. Amerkanın Neft istehsal edən zavodlarında 1 ton xam neftdən 450-500 l benzin hasil olunur, Rusyada isə 250-270 litr təşkil edir.

  1961-ci ildə heç bir hərbi tərəf olmadığını bəyan edən dünyanin 120 dövlətin üzv olduğu, 17 ölkənin və 10 beynəlxalq təşkilatin  müşahidəçi statusunda çixiş etdiyi, BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı İndoneziyanın paytaxtı Cakartada “Tərəfsiz Dövlətlər Hərəkatı” təsis edildi. Hərəkatın yaradılması ideyası 1955-ci ildə Banduq Konfransında (İndoneziyada) irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və Marşal İosit Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda “Bitərəf Dövlətlər Hərəkatı” kimi yaradıldı.

Azərbaycan özünün xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçdiyindən 26 may 2011-ci ildə İndoneziyanın Bali adasında Qoşulmama  Hərəkatına üzv dövlətlərin yekdil dəstəyilə QH-yə tam hüquqlu üzv qəbul olunmuşdur.

2019-cu ilin 25-26 oktyabrında Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının keçirdiyi Zirvə Görüşündə Hərəkatda sədrlik 2019-2022-ci illər üzrə Azərbaycana keçmişdir.Amma Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Hərakata səmərəli sədrliyi dövrdə qazanılan təcrübəni nəzərə alaraq Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilin sonuna qədər uzadılmışdır.120 BMT-yə üzv dövlətin yüksək səviyyəli səlahiyyətli nümayəndələri,42 beynəlxalq təşkilat nümayəndələrinin iştirak etdiyi Hərakata İlham Əliyevin sərlik etməsi,Onun Liderlik keyfiyyətlərinin canlı təzahürüdür.

Zaqafqaziyada Azərbaycan lider dövlət kimi təmsil olunur.Ölkədə ÜDM artımla müşahidə edilir.2003-cü ildə ÜDM 7 milyard dollar təşkil edirdisə,2023-cü ilin yekununa görə bu rəqəm 72 milyard dollar təşkil edir.Əgər valyuta ehtiyatlarımız 2003-cü ildə 1,6 milyard dollar idisə,bu gün artıq bu rəqəm 69,5 milyarddır.İqtisadi,sosial,siyasi  və hərbi quruculuq sahəsində inkişaf tempi regionda yüksələn xttlə davam edir.

Dünyanın üçüncü dünya müharibəsinə faktiki olaraq çox yaxınlığı güclü bir Liderə ehtiyacı şərtlədirir,labüd edir.Bəşəriyyətin təhlükəsizliyini və dünyada SÜLHÜN qorunmasını təmin edəcək BMT varsa belə,ədalətli gücü olmadığından aciz durumdadır.

Hüquqşünas

Şəmsəddin Əliyev

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button