“Düşmənin Ağdərə istiqamətində müqaviməti qırılıb”

Bu gecə Ağdərə istiqamətində son bir neçə saat ərzində intensiv döyüş olub. 

Bu barədə İTV-nin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı Heydər Mirzə məlumat verib. Onun sözlərinə görə, gecə 3-4 saat ərzində artilleriyadan intensiv atəş açılsa da, bir anda düşmən tərəfdən atəş səsləri kəsilib:

“Düşmənin mövqeləri təxminən 1 saat ərzində yanıb. Hazırda bizdə yaranan ilkin təəssüratları sizinlə bölüşürəm. Görünən odur ki, Ağdərə istiqamətində düşmənin müqaviməti qırılıb. Azərbaycan artilleriyası öz atəşini düşmənin müdafiəsinin dərinliyinə keçirib”.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button