Ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir
![](/wp-content/uploads/2023/12/Без-названия-4.jpg)
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.
Polise.az-a verilən məlumata Noyabrın 27-də bu istiqamətdə keçirilən tədbirlər nəticəsində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində 3 ədəd sərv ağacının çətir hissəsinin tamlığının pozularaq budaqlarının kəsilməsi, Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində isə “KamAZ” markalı 3 yük avtomobili ilə qarışıq süxur daşınması faktları aşkar olunub.
Ağacları zədələdiyinə görə Suraxanı rayonunda bir, Xəzər rayonunda isə icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə 3 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Polise.az