Ekoloji təhlükəsizlik məqsədilə zəruri tədbirlər davam etdirilir

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji cinayətlərin və ekoloji
təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə zəruri
tədbirlər həyata keçirir.
Cari ilin mart ayı ərzində Bakı, Sumqayıt şəhərləri, Abşeron və Saatlı
rayonları ərazisində bu istiqamətdə keçirilən birgə tədbirlər nəticəsində tullantı
emalı yerlərinin müəyyənləşdirilməsi qaydalarının pozulması, çirkab suların axıdılması,
tibbi, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin
mühafizəsi tələblərinə əməl edilməməsi, su obyektlərinin mühafizəsi qaydalarının
pozulması, ağacların zədələnməsi və ağaclarla bağlı mühafizə tədbirlərinin
görülməməsi, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə
edərək qanunsuz qum və torpaq daşınması, lazımi icazə olmadan və ya qadağan edilmiş
yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla
ov edilməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinin tələblərini pozan 12 fiziki, 3
vəzifəli və 1 hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button