Zərdabda maarifləndirmə tədbiri keçirilib

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 2 saylı tam orta məktəbdə
“Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşdə çıxış edən rəis müavini polis, polkovnik-leytenantı İkram Əhmədov
dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi
zərərlərdən danışıb. O, bildirib ki, bu yola düşən şəxslər öz həyatlarını məhv
etməklə yanaşı gələcəklərini ağ ölümə qurban verir və düçar olduqları bəladan
qurtula bilmirlər.
Daha sonra çıxış edən təhsil ocağının müəllimləri keçirilən maarifləndirici
tədbirə görə təşkilatçılara öz minnətdarlığını bildiriblər.
Tədbirlərin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button