Əli Əsədov İrana gedib, yeni prezidentin inaqurasiyasında iştirak edəcək
Azərbaycanın Baş naziri Əli Əsədov İrana gedib.
Bu barədə “Report”a Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd olunub ki, Baş nazir Əli Əsədov İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın Tehranda keçiriləcək inaqurasiyasında (andiçmə mərasimi) iştirak edəcək.
Polise.az