Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı qanunu imzalayıb. 

Dəyişikliyə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin məbləğini artırılıb. 

Belə ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər 4 min manatdan 5 min manatadək (əvvəl 3 min manatdan 4 min manatadək) məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4 min manatdan 11 min manatadək (əvvəl 4 min manatdan 10 min manatadək) məbləğdə cərimə edilir.

Həmçinin, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 200 manat (əvvəl 100 manat) məbləğində, vəzifəli şəxslər 300 manat (əvvəl 200 manat) məbləğində, hüquqi şəxslər 600 manat (əvvəl 400 manat) məbləğində cərimə edilir.

Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 600 manat (əvvəl 400 manat) məbləğində, hüquqi şəxslər 1200 manat (əvvəl 800 manat) məbləğində cərimə edilir.

Hamısını Göstər

Related Articles

Back to top button
Close