Ərdoğan: “Azərbaycan Prezidenti ilə birlikdə əsasını qoyduğumuz İƏT Gənclər Forumu geniş coğrafiyaya yayılıb”

2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə əsasını qoyduğumuz Gənclər Forumu getdikcə daha çox inkişaf edir.

 Polise.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun 5-ci Baş Assambleyasına göndərdiyi videomüraciətdə deyib.

O bildirib ki, Gənclər Forumu bu gün Asiyadan Afrikaya, Amerikadan Ərəbistan yarımadasına qədər geniş coğrafiyaya yayılıb: “Gənclərimizin fəaliyyətini bir çox prosesə, o cümlədən Qəzzadakı müharibəyə münasibətində görürük. İslam ölkələri olaraq Yaxın Şərqlə bağlı diplomatik səylərimizi davam etdiririk”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button