Erməni fotoreportyor: “Bizə elə gəlirdi ki, müharibə heç vaxt qurtarmayacaq”
“Cəbrayılda 4-5 gün yatmadıq. Hər zaman çəkiliş aparırdıq”.
Bunu erməni fotoreportyor özünün xatirələrini jurnalistlərlə bölüşəndə deyib.
O vurğulayıb ki, Cəbrayılda döyüşlərdə erməni silahlı dəstələrinin bütün silahları məhv edilib: “Bundan sonra əmrlə Hadrut meşələrinə çəkilməyimiz və orada möhkəmlənmək əmri gəldi. Bizə elə gəldi ki, bu, heç vaxt bitməyəcək. Mərmilərdən qorxmurduq, amma ölümdən qorxurduq. Axı bizi evdə gözləyirdilər!”.