Erməni silahlıların Qarabağdan çıxarılması… 

Qanunsuz erməni silahlı birləşmələrin Qarabağdan çıxarılması ilə bağlı mövqeyimiz konkretdir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu məsələ Üçtərəfli Bəyanatda əksini tapıb:

“Üçtərəfli Bəyanatda erməni silahlı birləşmələrin Qarabağdan çıxarılması qeyd olunub. Rusiyanın əsas mövqeyi ondna ibarətdir ki, bu, Ermənistanın öhdəliyidir. Rusiya arqument kimi Ermənistanın da üçtərəfli sənədə imza atmasını göstərir”.

C.Bayramov söyləyib ki, Qarabağda gərginliyə səbəb olan əsas amil qanunsuz erməni silahlı birləşmələrin fəaliyyətidir:

“Azərbaycan üçün bu, qəbuledilməzdir. Danışıqlar zamanı biz bu məsələləri davamlı şəkildə müzakirə edirik”.

Hamısını Göstər

Related Articles

Back to top button