Ermənilər azərbaycanlılara hücum etdi — Saxlanılanlar var

Gürcüstanın Nonitsminda munsipalitetinin Toriya kəndində azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub.

Gürcüstan KİV-nə istinadən xəbər verilir ki, davaya səbəb mal-qaranın qonşu örüş sahəsinə girməsi, torpaq sahiblərinin isə heyvanları qovmasına görə başlayıb.

Toriuya kəndindəki örüşdən mal-qaralarını aparmağa gələn azərbaycanlılar hücuma məruz qalıb. Hadisə iştirakçılarından biri armenpress.am saytına açıqlamasında azərbaycanlılara hücum etdiklərini təsdiqləyib. 

 “Azərbaycanlılar 3-4 maşında gəldilər. Biz onlardan çox idik və davaya başladıq. Bizdən 3 nəfəri tutublar”-deyə o danışıb.

Gürcüstan polisi faktla bağlı 11 nəfəri saxlayıb. Onların əksəriyyətinin erməni olduğu bildirilir. Bir neçə saatdan sonra onların hamısı azadlığa buraxılıblar. Gürcüstan polisi 2 maddə ilə cinayət işi açıb.

Mənbə
modern.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close