Ermənilər indi də Zəngəzurun kəndlərini yandırırlar
Ermənistanın Zəngəzur mahalına daxil olan Sünik vilayətinin Şurnux kəndində sakinlər evlərinin yandırır.
Bu barədə erməni mətbuatı yazıb.
Məlumata görə, ermənilər bunu azərbaycanlılar onların evlərinə ayaq basmasın deyə edib.
Yanğınla əlaqədar Şirnux sakini Ararat Ağabekyan ötən gün videogörüntü yayıb. Sünik sakini mövcud vəziyyətə səbəbkar kimi Ermənistan rəhbərliyini və Baş nazir Nikol Paşinyanı göstərib.
Xatırladaq ki, Azərbaycan Şurnixdakı 12 evin sakininə çərşənbə axşamına, yəni bu günə kimi evləri boşaltmaq üçün vaxt veriblər.