Ermənilər Xocavənddə minaya düşdü: ölü və yaralılar var

İyunun 30-da günorta saatlarında Xocavənd rayonunun Tağaverd yaşayış məntəqəsi yaxınlığında güclü partlayış baş verib.

Sosial şəbəkələrdə ermənilərin yazdıqlarına görə, Ermənistan ordusu hərbçilərinin basdırdıqları minaya üç erməninin düşdüyü məlum olub.

Gücü partlayış nəticəsində bir erməni ölüb. Ağır xəsarət alan iki erməni isə təcili yardım maşını ilə Xankəndi şəhərindəki xəstəxanaya çatdırılıb. Yaralananlardan biri Qarik Nalbəndyan ayağını, Arik Arakelyan isə qolunu itirib.

Partlayış nəticəsində ölən erməninin cəsədinin qalıqları axtarılır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close