Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
![](/wp-content/uploads/2020/09/mudafie-nazirliyi.jpg)
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan ordusu bölmələrinin mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 1-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən ordu bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.