Ermənistan Qarabağda 208 milyon dollar xərcləyəcək: Ermənilər üçün yeni evlər tikilir

Ermənistan Qarabağda erməni separatçılarının nəzarətində qalan ərazilərdə evlərin tikintisi və infrastrukturun bərpasına 208 milyon dollar xərcləyəcək.

Bu barədə Baş nazir Nikol Paşinyan deyib. O bildirib ki, vəsaitin yarısını “Hayastan” Ümumerməni Fondu ayıracaq. Digər hissəni Ermənistan hökuməti ödəyəcək.

Artıq bununla bağlı qərar qəbul edilib.

Paşinyan bu barədə Ermənistan Təhlükəsizlik Şurasının iclasında məlumat verib. İclasda Qarabağdan olan separatçılar da iştirak edib.

İclasda iştirak edən Araik Arutunyan Qarabağda hələlik onların nəzarətində olan ərazilərində sosial-iqtisadi inkişaf vəd edib.

Bildirib ki, artıq 4 min evin layihəsi hazırdır: “Yaxın zamanda daha 2 min evin layihəsi hazır olacaq”.

O, hazırda Ermənistanda Qarabağdan getmiş 30 min erməninin yaşadığını deyib.

Hamısını Göstər

Related Articles

Back to top button