Ermənistan Xüsusi İstintaq İdarəsi ölkə prezidentinin ikili vətəndaşlığı barədə məlumatı araşdıracaq

Ermənistan prezidenti Armen Sarkisyanın ikili vətəndaşlığı ilə bağlı məsələ bundan sonra ölkənin Xüsusi İstintaq Xidməti tərəfindən araşdırılacaq.

“Sputnik Armeniya” xəbər verib ki, Ermənistan Baş Prokurorluğu işə aid olan bütün sənədləri adıçəkilən quruma göndərib. Bu barədə agentliyə Baş Prokurorluğun müşaviri Qor Abramyan məlumat verib.

Prezidentin əməlləri barəsində sənədlər araşdırıldıqdan sonra onun barəsində müvafiq qərarın veriləcəyi bildirilib.

Qeyd edək ki, Ermənistanda 53 vəkil prezident Armen Sarkisyanın ikili vətəndaşlığı ilə bağlı bəyanat imzalayıb. Onlar bildirib ki, A.Sarkisyan 2003-2012-ci illərdə Böyük Britaniyanın vətəndaşı olub və 2018-ci ildə Ermənistan qanunlarına zidd olaraq prezident seçilib. Ölkə konstitusiyasına əsasən, yalnız altı il Ermənistan vətəndaşı olan şəxslər prezident seçilə bilər.

Xatırladaq ki, A.Sarkisyan 2018-ci il martın 2-də prezident seçilib. Onun Britaniya pasportu isə 2012-ci il martın 1-də ləğv edilib.

Hamısını Göstər

Related Articles

Back to top button