Ermənistana qarşı sanksiya tətbiqi ilə bağlı açılan petisiyaya 2696 imza lazımdır
Ağ Evin rəsmi saytında Ermənistanın Haaqa konvensiyasının qaydalarını pozaraq Azərbaycanın Xızı, Gəncə, Bərdə, Tərtər şəhərlərində mülki əhalini raket hücumuna məruz qoyması ilə bağlı ABŞ-ın Ermənistana sanksiya tətbiqi ilə əlaqədar petisiya açılması barədə məlumat vermişdik.
Oktyabrın 9-dan başladılan petisiyada Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, ərazi bütövlüyümüzə təcavüzü, Dağlıq Qarabağ və ətraf ərazilərin işğalı qeyd olunub.
Petisiyanın mətnində işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini qeydsiz-şərtsiz azad etməsi ilə bağlı qəbul edilmiş qətnamələrinə əməl etmədiyi ilə bağlı məqamlar vurğulanıb.
Ermənistana qarşı ticarət sanksiyası və hərbi embarqonun tətbiqinə çağırış məqsədi daşıyan petisiyaya ABŞ tərəfindən baxılması üçün sadəcə 2 min 696 imza çatmır.
100 min imza toplandıqdan sonra petisiyanın qiymətləndirilməsinə baxıla bilər. Petisiyanın imzalanması üçün son tarix noyabrın 8-i qeyd olunub.
Petisiyanı dəstəkləmək üçün linkə (ttps://petitions.whitehouse.gov/petition/sanction-republic-armenia-engaging-war-crimes-against-civilians-republic-azerbaijan?fbclid=IwAR01EQE4d3eeJJFfnZMW3hIkNGvCwHxCJ3OtZJX0mmSxyIXc-x49OU4R4m4) daxil olmaq, sağ tərəfdə ad (first name), soyad (last name), elektron ünvanı tələb olunan hissələrdə yazmaq və SİGN NOW düyməsini basmaqla petisiyanı imzalamaq olar.
Bundan sonra elektron ünvana göndərilən təsdiqedici linki açmaqla petisiyanı imzalama prosesi başa çatmış olur.