Ermənistanda cəbhəyə getməkdən imtina edənlərin övladları girov götürülür

Ermənistanda yeni doğulmuş körpələrə yalnız ataları könüllü olaraq cəbhəyə getdikdə və uşaqları və anaları xəstəxanalarda girov saxlanıldıqda şəhadətnamə verilir.

Bu barədə erməni hüquqşünas Robert Hayrapetyan sosial şəbəkədəki hesabında yazıb.

“Hər dəqiqə vətənpərvərlikdən danışanlar, zəif insanlarımıza qarşı ikiüzlülükdən başqa bir şey etmirlər. Uşaq doğulduqdan bir gün sonra doğum haqqında şəhadətnamənin yalnız uşağın atasının cəbhəyə könüllü getməsi barədə təsdiq sənədinin təqdim edilməsi şərti ilə veriləcəyini necə etmək olar?

Uşaqları və analarını girov götürürsünüz, yoxsa onlarla danışıqlar masasında oturmağa qərar vermisiniz? Sizdə beyin var?”, – deyə R.Hayrapetyan yazıb.

Qeyd etmək lazımdır ki, Azərbaycana qarşı döyüşlərdə məğlub olan Ermənistan ordusunda fərarilik halları və xaos getdikcə artır. Ermənistanda qadınlar, qocalar və uşaqlar zorla müharibəyə aparılır və cəbhəyə getməkdən yayınanlar sərt şəkildə cəzalandırılırlar.

Mənbə
ordu.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close