Ermənistanın konsulu Moskvada qovuldu

Fud Siti Bazarının rəhbərliyi tərəfindən erməni mallarının bazara girişi qadağan edilib.

Bu məsələnin müzakirəsi üçün bazara gələn Ermənistanın Moskvadakı konsulu və erməni diaspora rəhbərləri bazarın iclas otağında gözləyərkən iclas otağına daxil olan mühafizəçilər onlara bazarı tərk etmələrini söyləyib. 

Bazarı tərk etmək istəməyən erməni rəsmi şəxsləri bazardan qovulub. 

Qeyd edək ki, bazarın sahibi müxtəlif versiyalara görə əslən Tovuzdan olan iş adamı İlham Rəhimovdur.  

Görünür ermənilərin Tovuza hücumu hər bir azərbaycanlı kimi Tovuzlu İlham Rəhimovu da hiddətləndirib.

Fud Siti Rusiyanın ən böyük topdan satış bazarıdır. Böyüklüyünə görə bu bazar hal-hazırda Avropada olan ən nəhəng 5 bazardan biridir.

Mənbə
sfera.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close