Ermənistanın Xocavənd istiqamətində alay komandiri fərarilik etdi: Hərbi qulluqçuları itkin düşdü
Cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərə cəlb edilən Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayına vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmçinin alay komandirinin fərarilik edərək qaçdığı və D-20 artilleriya divizionunun hərbi qulluqçularının itkin düşdüyü də məlum olub.