Erməni əsillilərə Azərbaycan vətəndaşlığı verilə bilər.ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT ETSƏLƏR

“Ermənilərin gələcək həyatı üçün hər hansı bir təhlükə yaşanmayacaq”

Bu gün aktual olan mövzulardan biri də erməni əsilli vətəndaşların Azərbaycan torpaqlarında yaşamasıdır. Qarabağdakı erməni sakinlərin rahat bir şəkldə, öz istəklərinə müvafiq olaraq ərazini tərk etmələri bütün media kanalları ilə müşahidə olundu. Lakin onların arasında yaşadıqları ərazini tərk etmək isməyənlər də az deyildi.

Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Herbiand.az müsahibəsində bildirb ki, onların bizim ərazilərdə təhlükəsiz yaşamaları üçün heç bir maneə olmayacaq: “Ölkə rəhbəri dəfələrlə qeyd edib ki, əvvəl Azərbaycan vətəndaşları olmuş erməni əsillilər bu gün də bizə müraciət edib, öz vətəndaşlıqlarını bərpa edə bilər. Ermənilərin Azərbaycan torpaqlarında yaşamasına etiraz etmirik. Onlar rəsmi qaydada Azərbaycan dövlətinin müxtəlif qurumlarına müraciət edə bilər. Onların vətəndaşlıqla bağlı qərarları qəbul ediləcək. Bu, Azərbaycan dövlətinin beynəlxalq hüququn prinsiplərinə söykənən humanist davranışının əyani sübutudur”.

Şəmsəddin Əliyev qeyd etdi ki, onlar Azərbaycan vətəndaşları olduqdan sonra eyni bölgədə yaşayarkən təbii ki, Konstitusiyada ehtiva edilən bütün hüquq və azadlıqlardan birgə faydalanacaqlar. Onların təhlükəsizliyinə də zəmanət verilir: “Məlum olduğu kimi onlara qarşı məcburi qaydada oranı tərk etmələrilə bağlı hər hansı güc tətbiq edilməyib. Azərbaycan tərəfindən belə anti humanist addımlar atılmadı. Əksinə, kütləvi şəkildə köç edən insanlara Azərbaycan televiziyasının nümayəndələri yaxınlaşıb yaşadıqları əraziləri niyə tərk etmələrilə bağlı suallar ünvanlayırdılar. Soruşurdular ki, sizə hər hansı bir hədələr olunubmu? Onlar cavabında bildirirdilər ki, heç bir Azərbaycan vətəndaşı, orqanın nümayəndələri tərəfindən bizə hər hansı bir məcburi qaydada buranı tərk etməyimiz ilə bağlı mesajlar verilməyib, sadəcə biz özümüz çıxırıq. Televiziya ekranlarından da gördüyümüz kimi ermənilər deyirdilər ki, Ermənistan siyasi elitasının mesajları bizə çatdırlıb ki, buranı tərk etməliyik. Amma hara gedəcəkləri onlara da məlum deyildi”.

Birlik sədri artıq müraciətlərlə bağlı məntəqələrin də yaradıldığını dedi: “Antiterror əməliyyatından sonra Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu gün Laçın dəhlizində və digər yerlərdə artıq dövlət qurumlarının məntəqələri yerləşdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Daxili İşlər Nazirliyinin səlahiyyətli şəxsləri məntəqələrdə fəaliyyət göstərir. Xankəndidə və digər rayonlarda yaşayan erməni əsilli vətəndaşlar tərəfindən orda yaşamaları üçün məntəqələrə müraciətlər edilir. Hələ ki, müraciətlərin sayı çox deyil, amma çox güman ki, bundan sonra davam edəcək”.

Həmsöhbətimiz məntəqə nümayəndələrinin öz vəzifə funksiyalarını həyata keçirməkdə davam etdiklərini söylədi. Bildirdi ki, hələ ümumi statistika məlum deyil: “Bilirsiniz ki, vətəndaşlığa qəbul edilmə proseduru sadə deyil. Məlum qaydalar var ki, onlar mütləq şəkildi yerinə yetirilməlidir. Qoyulan tələblər araşdırılmalı, sonra onlardan iltizam alınmalıdır ki, qanunla göstərilən tələblərə riayət eiləcək, ondan sonra vətəndaşlığa qəbul edilə bilərlər. Bu da təbii ki, bir az vaxt tələb edir. Bu məsələdə həm dövlət üzərinə öhdəlik götürür. Yəni dövlət ona mənsub olan vətəndaşın hüquq və vəzifələrinin həyata keçirilməsi üçün, eyni zamanda ondan istifadə olunması üçün şərait yaratmalıdır. Həmçinin müraciət edən vətəndaşın da qarşısında müəyyən öhdəliklər dayanır”.

Şəmsəddin Əliyev ermənilərin guya cüc tətbiq edilməklə oradan çıxarıldıqlarına da münasibət bildirdi: “Çox təəssüflər ki, dünyada belə bir təəssürat yaradıblar ki, guya Azərbaycan tərəfi erməni əsilli vətəndaşlara qarşı anti humanist addımlara rəvac verib və bunlar məcburi olaraq ölkəni tərk edirlər. Təbii ki, bu da növbəti erməni yalanından ibarət informasiyadır. Cənab Prezident çıxışlarında dəfələrlə bəyan edib ki, onlar burada yaşamaq istəsələr, heç bir etriaz olunmayacaq. Lakin Ermənistan tərəfi buna məhəl qoymayaraq vətəndaşlarını geri çağırırsa və onları evlə təmin edə bilmirsə, bu, artıq qarşı tərəfin problemidir”.

PDİB-nin sədri ermənilərin gələcək həyatı üçün hər hansı bir təhlükənin yaşanmayacağını da qeyd etdi: “Düşünürəm ki, bu məsələdə bir problem olmayacaq. Çünki bütün dünya bilir ki, Azərbaycanda 30 minə yaxın erməni əsilli Azərbaycan vətəndaşları var. Onların təhlükəsizliyilə bağlı heç bir problem yaşanmayıb. Hətta müharibə dönəmində belə onlara hər hansı bir zorakılıq tətbiq olunmayıb. Nə Gəncə terrorunda, ümumiyyətlə ermənilər tərəfindən II Qarabağ savaşında törədilən terror zamanı belə erməni əsilli vətəndaşlarımıza qarşı heç bir zorakılıq halları göstərilməyib”. 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button