Erməni faşizmi tolerant Azərbaycana qarşı: Dini müstəvidə təbliğat müharibəsi qızışır

“Azərbaycan tərəfi hökumətin göstərişi ilə Mekhakavan (Cəbrayıl) şəhəri yaxınlığındakı erməni kilsəsini yerlə bir edib”. Ermənistan Xarici işlər nazirliyinin mətbuat katibi Anna Nağdalyan belə deyir və bunu barbar akt kimi dəyərləndirir.

Ermənistan İnsan Haqqları müdafiəçisi Arman Tatoyan isə bir az da sərt danışır: “Mekhakavanda (Cəbrayıl) erməni kilsəsinin dağıdılması bir daha sübut edir ki, Azərbaycan rəhbərliyi Artsaxda (Dağlıq Qarabağ) etnik təmizləmə və genosid siyasəti yeridir”.

Ermənistanın UNESCO üzrə təmsilçisi isə lap gül vurub. O, Cəbrayıldakı kilsə haqqında danışarkən belə deyir: “Artsaxdakı erməni abidələri Azərbaycan işğalı altına düşdükdən sonra İŞİD üslubunda vandal münasibətlə üzləşib”.

Arminfo: Arman Tatoyan criticized the statements of the leaders of Azerbaijan and Turkey at the military parade in Baku

Arman Tatoyan

Ermənilər belə kəskin ifadələr işlətməkdən sanki həzz alırlar. Diqqət edin: Anna Hağdalyan rəsmi şəxsdir, Armen Tatoyan ictimaiyyəti təmsil edir. UNESCO üzrə məsul olan erməni mədəniyyətini təmsil edir. Onların hər üçü Cəbrayıl rayonuna təkidlə “Mekhakavan” deyirlər. Ermənistan mətbuatı da məhz belə yazır: “Mekhakavan” və mötərizədə Cəbrayıl. İşğal dönəmində isə Cəbrayılın adını heç mötərizədə də yazmırdılar. Azərbaycan əsgərinin möhtəşəm qələbəsindən sonra belə yazmağa məcburdurlar. UNESCO-da erməni mədəniyyətin təmsilçisi isə daha çox həyasızlıq edir və Cəbrayılı “Artsax”ın (Dağlıq Qarabağ) bir hissəsi kimi tanıtmağa çalışır.

Bu, nə deməkdir? O deməkdir ki, nə Ermənistanın siyasi dairələri, nə də ictimai fəallar Azərbaycanın ərazi bütövlüyünü tanımır. 1993-cü ildə işğal olunmuş Cəbrayıl rayonunu hələ də Ermənistan ərazisi sayırlar. Və 2020-ci ilə qədər davam etmiş erməni işğalına bəraət qazandırırlar. Xatırladaq ki, sözügedən işğal dönəmində Cəbrayıl da daxil olmaqla Dağlıq Qarabağdan kənarda yerləşən 7 rayondan 800 min nəfərdən çox azərbaycanlı zor gücünə qovulub. Armen Tatoyan bu ərazilərdə erməni faşizminin həyata keçirdiyi etnik təmizləmədən bir kəlmə demir. Heç vaxt da belə bir şey deməyib. Eləcə də Anna Hağdalyan susub. Ümumiyyətlə, Ermənistanda erməni faşizminin Azərbaycana qarşı törətdiyi vəhşilikləri dilə gətirən kimsə demək olar ki, olmayıb.

https://www.nytimes.com/video/players/offsite/index.html?videoId=100000004685494

Bəs bu kilsə söhbətini ortaya kim atıb? BBC-nin müxbiri Jonah Fisher Cəbaryılda olarkən bu məsələni araşdırıb. Ərazidən video paylaşıb. Ermənilər də göydəndüşmə olan bu xəbərdən yararlanmaq üçün əks-təbliğat kampaniyasına başlayıblar.

Jonah Fisher həmin ərazidə kilsənin olması haqqında məlumatı haradan əldə edə bilərdi? Sözügedən kilsə 2017-ci ildə erməni əsgərləri üçün tikilib. Yəni, o beynəlxalq səviyyədə tanınan xristian memarlıq abidəsi deyil. Ümumiyyətlə, Cəbrayıl rayonu ərazisində tarixən xristian abidəsi olmayıb. Böyük ehtimalla demək olar ki, Jonah Fisher məhz ermənilərin sifarişi ilə həmin ərazidə olub. Əslində jurnalist kimi yox, Ermənistan Xüsusi Xidmət Orqanlarının əməkdaşı kimi çəkiliş aparıb.



Baxın, müharibədən əvvəl Cəbrayıl rayonunda 80 min nəfər yaşayıb. Cəbrayıl da az qala son tikilisinə qədər dağıdılıb. Qərb mənbələri yazır ki, Azərbaycanın erməni işğalı altına düşən ərazilərində 69 məscid olub. İşğal dönəmində onlardan 63-ü dağıdılıb. Bir neçə məsciddə isə ermənilər donuz saxlayıblar.

BBC-nin müxbiri isə bunların heç birinə maraq göstərməyib və birbaşa kilsənin olduğu yerə gedib. Bunu təsadüf hesab etmək olarmı?
Sözügedən kilsə nə vaxt dağıdılıb? Bəlli deyil. Həmin ərazidə ağır döyüşlər gedib. Ola bilər ki, həmin tikili döyüşlər zamanı top və ya raket atəşi altına düşüb. Hətta o kilsənin rəsmi qaydada dağıdılmasında da qəbahət bir şey yoxdur. Niyəsini deyim. Ermənilər bütövlükdə Cəbrayıl rayonunu xaraba qoyub və bu xarabalığın ortasında kilsə tikiblər. Təbii ki, bu kilsə Cəbrayıl rayonunu xristianlaşdırmaq məqsədi ilə inşa edilib.
Aydındır ki, ermənilər bu faktdan Azərbaycana qarşı sui-istifadə etməyə çalışırlar. Bəllidir ki, ermənilər özlərini xristianlığı ilk qəbul edən xalq kimi xristian dünyasına tanıtmaq istəyirlər. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına dəstək almaq üçün xristian həmrəyliyindən bəhrələnməyə cəhd göstərirlər.

Multikulturalizm və etnik-dini tolerantlıq azərbaycançılıq ideyasının praktik tərkib hissəsinə çevrilir...

Orası da var ki, Azərbaycan beynəlxalq səviyyədə dini və etnik tolerantlığa nümunə ölkə kimi tanınır. Bu amil erməniləri xüsusi ilə narahat edir. Elə bugünlərdə “Yeni Müsavat” olaraq bu məsələyə toxunmuşduq. Statistik məlumatlara görə Azərbaycanda 100 min nəfərə yaxın ortodoks xristian yaşayır. Rus Pravoslav Kilsəsinin tabeliyində olan Bakı və Xəzəryanı yeparxiyasının arxiyereyi Aleksandr İşein “Christianity Today” nəşrininə verdiyi müsahibədə belə bir fikir səsləndirmişdi: “Pravoslavlar müsəlmanlarla ümumi yaşamağın yolunu tapdı, ancaq erməniləri bunu bacarmadı” (07.01.2021).

“Christianity Today”in “bir çox erməni yenidən genosidlə üzləşməkdən qorxur” fikrinə etiraz edən Arxiyepiskop Aleksandr “Biz erməni hərbi birləşmələrinin Azərbaycandakı hərəkətləri ilə bağlı məyusluq doğuran faktlara sahibik. Minlərlə azərbaycanlı ermənilər tərəfindən öldürülüb. İndi biz genosid sözünü kimə ünvanlamalıyıq?”, demişdi.

“Azərbaycanda yüksək səviyyəli multikultural yanaşma mövcuddur, dini abidələr dövlət səviyyəsində qorunur. O cümlədən, Bakıdakı erməni kilsələri və kitabxanaları təhlükədən kənarda saxlanılır”, fikrini də Arxiyepiskop Aleksandr səsləndirib. Ona görə də ermənilər ən ağır ifadələrlə onu topa tutmaqdadırlar.

Arxiyepiskop Aleksandr: Dinlərarası qarşıdurmadan söhbət gedə bilməz

Arxiyepiskop Aleksandr

Azərbaycanda yaşayan yəhudilər haqqında yazırlar ki, yəhudilər İsraildən sonra yalnız Azərbaycanda özlərini son dərəcə rahat hiss edirlər. Yəhudilər ciddi çəkiyə malik olduqları ABŞ və Böyük Britaniyada belə ayrı-seçkiliyə məruz qalırlar. Fransa, Almaniya kimi ölkələrdən son dərəcə narazıdırlar. Çünki demokratiyadan dəm vuran bu ölkələrdə tez-tez diskriminasiya ilə üzləşirlər. Bu bərədə Qərb mətbuatında, xüsusən İsrail mətbuatında çox yazılıb. Mütəmadi şəkildə Qərb mediasında dolaşan bu kimi fikirlər ermənilərin əleyhinə işləyir və onlara rahatlıq vermir. İndi fürsətdən yararlanaraq bunun tam əksini sübut etməyə girişiblər.

Mən İsveçrədə yaşayıram. Bu ölkə dini baxımdan son dərəcə mühafizəkardir. Düşünün ki, xalq burada minarə tikintisinə referendum yolu ilə “yox” deyib. Buna etiraz əlaməti olaraq İsveçrədə aclıq aksiyası da keçirmişəm. Zatən buna İsveçrənin intellektual kəsimi də etiraz edirdi. Mən yerli isveçrəlilərlə diskussiyalar zamanı bu faktı qabardıram. Deyirəm ki, siz minarə tikilişinə icazə vermirsiz, ancaq Bakıda onlarla ortodoks, bir neçə alman kilsəsi var, hətta Azərbaycanın paytaxtında 300-400 nəfərlik yerli katolik icması üçün də möhtəşəm kilsə tikilib. Yəhudilərin 5 sinaqoqu fəaliyyətdədir.
Mövzu ilə əlaqəli Bakıda katolik kilsəsinin inşası ilə bağlı məqamın üzərində dayanmağımız gərəkdir.

Welcome to Heydar Aliyevs Heritage Research Center

2002-ci ilin may ayında Roma Papası II İohann Pavel mərhum Heydər Əliyevin dəvəti ilə Bakıda oldu. Fiziki baxımdan son dərəcə zəifləmiş Papanın xahişini nəzər alan Heydər Əliyev paytaxtda katolik kilsəsinin tikintisi üçün ərazi ayırdı. 2008-ci ilin martında kilsə dindarların istifadəsinə verildi. Bir məqamı da qeyd edim. Əvvəl də Bakıda katolik kilsəsi olub. Ancaq bolşeviklər o kilsəsini ateizm təbliğatı fonunda dağıtmışdı.

Roma Papası Fransiskin iştirakı ilə Bakıdakı Katolik Kilsəsində dua mərasimi keçirilib [YENİLƏNİB - 2] - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

2016-cı ilin oktyabrında Roma papası Fransisk Bakıya gəldi. Həmin səfərlə bağlı “The New York Times” qəzeti məqalə verib. Məqalənin başlığında deyilir ki, Roma Papası Azərbaycandakı dini tolerantlığı yüksək qiymətləndirib. Yazıda vurğulanır ki, Bakının ən böyük məscidində Roma Papası Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə ilə görüşüb. Görüşə ortodoks xristianlarının liderləri və yəhudi din xadimləri də qatılıblar.
Döyüş meydanında biabırçı məğlubiyyətlə üzləşən ermənilər təbliğat müharibəsində önə çıxmaq istəyir. Uğur qazanmaq üçün dini müstəvidən yararlanır.

Prezident İlham Əliyev və Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələrinin qarşısında çıxış ediblər

Ancaq Azərbaycan olaraq bizim bu müstəvidə deyə biləcəyimiz sözün çəkisi müqayisəyə gəlməz dərəcədə ağırdır. Bu nöqtəyə istinad edərək ortaya erməni təbliğatına qarşı daha kəsərli arqumentlər qoya bilərik. Təbii ki, bu aşırı üstünlükdən mütləq və məntiqli şəkildə yararlanmaq lazımdır.
Azərbaycanda erməni kilsəsi tikilə bilərmi? Təbii ki, Azərbaycan vətəndaşı olacaq ermənilərin xahişi ilə bunu etmək mümkündür. Ancaq belə bir tikintiyə hər şeydən əvvəl Azərbaycan dövləti razılıq verməlidir.

Möcüzə nəticəsində məhv olmayan irs – Ağdamın Cümə məscidi – FOTO

Bakıda katolik kilsəsinin tikintisi buna nümunə ola bilər. Ermənilər də sivil dünyanın qəbul etdiyi yolla getməlidir. Təbii ki, Cəbrayıldakı məscidlər də daxil, bütün tikililəri xaraba qoyub xarabalığın ortasında rəsmi Bakının icazəsi olmadan kilsə tikmək olmaz. Ən azı ona görə ki, bu, barbarlıqdan başqa bir şey deyil. İŞİD üslubu da bu vəhşiliyin qarşısında sadəlövh görünür.

Hamısını Göstər

Related Articles

Back to top button