Erməni general Azərbaycan ordusu tərəfindən məhv edildi

Cəbhənin Xocavənd istiqamətindəki qanlı döyüşlər zamanı daha bir yüksək rütbəli separatçı general-mayor Norayr Mirzoyan məhv edilib.

Bu barədə “haqqin.az” hərbi mənbələrinə istinadən məlumat yayıb.

Erməni generalla birgə onu müşayiət edən daha iki hərbçi zərərsizləşdirilib.

Qeyd edək ki, Dağlıq Qarabağda ordumuza qarşı döyüşən Norayr Mirzoyan adlı polkovnikə birbaşa döyüş mövqeyində general-mayor paqonları ötən gün təqdim olunmuşdu. Ona general rütbəsini qondarma rejimin “Milli Təhlükəsizlik Xidmətinin rəhbəri” Kamo Aqacanyan təqdim etmişdi.

Hamısını Göstər

Related Articles

Back to top button