Ermənilərin azərbaycanlılardan mənimsədikləri – Məqalə

Dövlət anlayışı formalaşmağa başlayandan indiyə kimi bir çox xalqlar öz dövlətlərini yaratmağa başladılar. Bəzi etnik azlıqlar da ya birləşərək vahid dövlət yaratdılar, ya da var olan dövlətin himayəsinə keçdilər. Amma sonradan yaranan kiçik etnik azlıqlar da var ki, onları heç bir dövlət himayəyə götürmədi. Bu vəziyyətdə onlar öz dövlətini yaratmağa cəhd etdilər. Təbii ki, bu cür arzunu gerçəkləşdirmək üçün bir dayağa ehtiyac var. Belə etnik azlıqları siyasi piyon kimi istifadə etmək istəyənlər, onlara sponsorluq edirlər. Bu cür etnik azlıqlardan biri də ermənilərdir.

Erməniləri bir millət olaraq heç bir dövlət öz tərkibinə daxil etməsə də, siyasi piyon kimi lazım olduqda istifadə edə bilmək üçün sponsorluq edərək, vahid dövlət yaratmaqlarına kömək etdilər. Buna görə də ermənilər “Şimal Buzlu Okeanı”ndan  dəstək alaraq dövlətlərini formalaşdırdılar.

Təbii ki, dövlətin idarəsini havada tətbiq etmək mümkün olmadığı üçün bir əraziyə də ehtiyac var. Buna görə də sponsor sayəsində başqalarına məxsus əraziləri mənimsəyib Ermənistan dövlətini qurdular.

Ölkə yaradılırsa, bunun paytaxtı da olmalıdır, ya yox?

Ermənilər yenə də himayədarına sığınaraq, türklər var olandan türk torpağı olan İrəvan şəhərini, Azərbaycanın köksündən qopararaq ölkələrinə paytaxt elan etdilər.

Ancaq himayədarların dəstəyi bir yerə qədərdir, böyük dövlətlər arasında özünü sübut etmək üçün nə etmək lazımdır?

–  Herodotu qəbrində tərs çevirərək tarixi eroziyaya uğratmaq.

Başqa nə cür özündən tarix uydura bilərsən ki?

Əgər nə vaxtsa özünüzdən tarix yaratmaq istəsəniz, etməniz lazım olan ilk və tək şey ad mənimsəməkdir. Qısası Ermənistan kimi.

İndi biz də həmin Herodotun belə xəbəri olmayan tarixə nəzər salaq və ad mənimsəmə taktikasını bu vəsilə ilə izah edək:

Ermənilərin öz qaynaqlarına istinad edərək başlayaq.

Deməli belə, ermənilər özlərini “Hayk” adlandırırdılar. Ancaq hazırda bu addan demək olar ki, heç istifadə etmirlər. Bu adın tarixi bizim eranın V əsrinə dayanır.

Belə ki, V əsrdə yaşayan bir Chorone Musa adlı yazıçı, öz əsərlərinin birində  Nuh və onun gəmisindən bəhs edərkən Nuhun kötücəsinin adının Hayk olduğunu qeyd edir. Amma sonralar bu şəxs ölür. Bundan istifadə edib bu yazıçını və əsərlərini mənimsəyərək onun adını Movsis olaraq dəyişib və özünü də  erməni əsilli adlandırıblar. Hələ bu azmış kimi Haykı da öz xalqlarının əcdadı elan ediblər.

Utanmasan oynamağa nə var ki?

Adama deyərlər ki, Nuh hara, siz hara?

Dinlərarası səyahət edən ermənilər xristianlıqdan zərdüştlüyə qiyabi keçid ediblər.

Uydurma tarixlərində qeyd etdiklərinə görə, harada və nə zaman qurulduğu bəlli olmayan Qədim Ermənistanda din zərdüştlüyə əsaslanırmış, özü də Mitra – Mehr ibadəti üzrə köklənərək. Mehr ibadəti də Avesta kitabına əsaslanır.   “Avesta görən nəmənə şeydir, hər kəs ondan danışır, biz də tariximizə salaq inandırıcı olsun” deyərək Zərdüştü belə erməni çıxaran hayklar, hətta  tanrıların belə erməni təqvimindən istifadə etdiyini deyiblər. Bildiyimiz Günəş təqvimini də erməni təqvimi kimi verdikdən sonra deyiləcək söz yoxdur.

Ermənistanın indiki ərazisi keçmişdə Pers imperiyasının əraziləri hesab olunurdu. Buna görə də ermənilər Pers imperiyasının qədim Ermənistan imperiyası olduğunu deyirdilər, bu dedikləri heç bir qaynaqda təsdiqini tapmadığı üçün avtomatik olaraq Pers imperiyası qədim Ermənistanı zəbt edən işğalçı oldu.

Baltaları daşa dəyən kimi Pers imperiyası çevrildi Part imperiyasına.

Part imperiyasının hökmdarı I Tridatesi də qədim Ermənistanın qurucusu olaraq dünyaya car çəksələr də, bu dəfə də alınmadı. Tarixi araşdırmalar göstərdi ki, Part imperiyası Qədim İran imperiyası imiş, I Tridates də İran hökmdarı.

Hələ bəzi erməni qaynaqlarında Ermənistan adını erkən tunc dövrü dövlətlərindən biri olan Şupria ilə əlaqələndirirlər. Adamdan soruşarlar ki, Şuprianın Ermənistan adına nə dəxli var?

Xəbəriniz yoxdur? Şupria erməni dilinə çevriləndə “armani” olur.

Bəs bilmirsiniz, hər şeyin ermənicə qarşılığı “armani”dir.

Hələ bu harasıdır? Qarşıda sizi nə “armanilər” gözləyir.

Armanidən söz açılmışkən, sizə dünyada mövcud olan bütün dil qayda qanunlarını alt üst edəcək bir çevrilmə ilə tanış edəcəm.

Franz Kafkanın Qriqoru bunun yanında nədir ki?

Həriflərə “yumruq-təpik” girişib, Urartunu Armania ediblər.

Bu canfəşanlıq elə-belə deyil ki, Urartunu da Armenia edərək tarixi tam 12-dən vurublar.

Bizim alimlərimiz “şpilka”nı ipəzor etməklə məşğul olarkən onlar tarixi iki dəfə yuyub səriblər.

İndiki Ermənistan, xüsusilə, İrəvan şəhəri eramızdan əvvəl 860-cı ildə qurulan Urartu dövlətinin ərazisi olub. Daha sonra bu dövlət eramızdan əvvəl 6-cı əsrdə süqut edib. Nə təsadüfdir ki, süqut edən kimi yerini Ermənistan satrapı alıb.Amma yox, bu da qane etməyib nədirsə, “Urartunun yerini biz almışıqsa, deməli, elə Urartu da bizik” deyərək, buranı da öz adlarına çıxarıblar.

Bununla da tarixin ən dəyərli qaynağı olan Bisütun abidəsinə öz adlarını yazdırmış oldular. Təbii ki, sonradan yaranan etnik azlıq olaraq adları bu qayalıqda yazılmamışdı, amma Urartu adı yazılmışdı, Urartunu öz tarixlərinə çevirərək adlarını zorla tarixə yazdılar.

Admənimsəmə taktikası da tam olaraq budur.

Ayaqlarının altına Urartunu qoyaraq daha yüksəkdən yapışmağa nail oldular.

İrəvan şəhəri eramızdan əvvəl 8-ci əsrdə Urartu hökmdarı I Argisti tərəfindən İrəbuni qalasında salınıb.

Bunu bildikləri üçün də, İrəvanın aid olduğu İrəvan xanlığı 1827-ci ildə ruslar tərəfindən ələ keçirilən zaman israrla məhz İrəvan şəhərini ruslardan istədilər. Bunun nəticəsidir ki, 1828-ci ildə İranla Rusiya arasında bağlanan Türkmənçay müqaviləsinin şərtlərinə əsasən İrəvan xanlığının ərazisi ruslara qalan kimi İrəvan şəhəri Ermənistana verildi və yenə bu müqaviləyə əsasən 1828-ci ilin martın 21-də bu ərazilər Erməni oblastı adlandırılaraq, haradan törədiyi məlum olmayan ermənilər Osmanlı və İran ərazisindən İrəvan xanlığının ərazisinə kütləvi şəkildə köçürüldü.

1850-ci ildə İrəvan quberniyasının yaradılması ilə məskunlaşan əhali nisbəti 56 % erməni, 37,5 % azərbaycanlı, 5,5 % kürd və 0,6 % rus olaraq dəyişdi.

Daha sonra 1989-cu ildə Azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyası ilə bu ərazilər həqiqi sahiblərinin üzünə həsrət qaldılar.

V əsrdə Hayk tərəfindən əsası qoyulan hayklar, eramızdan əvvəl 8-ci əsrdə salınmış irəvan şəhərinə qədim erməni torpağı deyərək bununla özləri özlərini səhv çıxarır.

Elə buradan  görünür, tarixləri nə qədər düzdür.

İrəvan şəhərinin salındığı İrəbuni qalasının adını erməni dilinə çevirərək İrəbunini Yerevana, Yerevanı isə Erivana çevirirək Azərbaycanın əzəli torpağı olan İrəvanı tamamilə mənimsədilər.

İrəvan şəhərini sadəcə İrəvan xanlığının ərazisi kimi qəbul edib, yerimizi rahatlamasaydıq, onların olmayan beyni ilə araşdırdıqları tarixi vaxtında ortaya çıxarsaydıq, indi Qərbi Azərbaycanımızdan olmazdıq.

İrəvan tarixi abidələr, mağaralar, qədim yaşayış məskənləri, tarixi əşyalar və s. bu kimi minlərlə əvəzolunmaz mənbələr məcmuəsidir. Odur ki, indidən sonra da ermənilər tarixi istədikləri qədər təhrif edə bilərlər, təkcə İrəvan şəhəri onların dediyi hər şeyi təsdiq etdirməyə yetəcək qaynaqdır. Biz tək ərazi yox, böyük bir tarixi qaynaq itirmişik.

Buradan bəzi tarixçilərimizə səslənirəm: Yastığınız qaz tükündən olsun, yoxsa toyuq tükü  də olar.

Bir az da hər şeyi armaniyə çevirən erməni dilinin mənşəyinə baxaq. Görək daha nələri armani ediblər.

Erməni dilinin mənşəyi konkret faktlarla qeyd edilməyib. Ancaq özlərinin dediyinə görə, ilk erməni dili eramızdan əvvəl VI əsrdə yaranıb, daha sonra ərəbcə, yunanca və urartu dillərinin təsirinə məruz qalaraq dəyişib.

Başqa bir qaynaq isə Urartu dövləti eramızdan əvvəl VI əsrdə süqut etdikdən sonra urartu dilinin yox olduğunu qeyd edib.

Əgər erməni dili eramızdan əvvəl VI əsrdə yaranıbsa, necə süqut etmiş dövlətin dilinin təsirinə məruz qala bilər ki?

Bəlkə elə bir az yunan, bir az ərəb, bir az da türklərdən yığaraq özlərinə dil düzəldiblər, yoxsa niyə lüğətlərinin  70 %-i türk mənşəli sözlər olsun ki?!

Hələ bir utanmadan da urartu dilini erməni dili adlandırırlar, guya urartu dili yox olsa da, yenidən erməni dili ilə ortaya çıxıb. Ancaq araşdırmaçılar, urartu dilinin əslinin indiki erməni dili ilə heç bir əlaqəsinin olmadığını, daha çox indiki çeçen xalqının dilinə uyğun olduğunu qeyd ediblər.

Dili mənimsəməkləri az deyilmiş kimi, baltanı lap kökündən vuraraq əlifbanı belə özününküləşdiriblər. Erməni dilinin yazıldığı əlifba əslində afrika ölkəsi olan Efiopiyaya məxsusdur, ancaq onu da nə təhər ediblərsə, hansı dildə yazılmasından asılı olmayaraq “Efiopiya əlifbası” yazıb axtarış verəndə erməni əlifbası çıxır.

Türkləri özlərinə düşmən elan edən ermənilər Efiopiya kimi dünyanın bir ucunda olan ölkəyə bunu edirsə, Azərbaycana nələr etməz?

Ermənilər ərazilərimizə olduğu kimi, mətbəximizə də göz tikiblər.

Türk dünyası üçün əvəzsiz olan və islami ənənə daşıyan Aşureyi mənimsəyərək və erməni dilinə çevirərək armani yox, bu dəfə tərcümə etməyə belə təşəbbüs göstərməyiblər, elə Aşure olaraq da adlandırıblar. Aşurenin sizinlə nə əlaqəsi sualına cavab üçün də ikinci ad olaraq “Nuhun pudingi” adlandırıblar.

Bu, hələ biridir, hələ sizə bastırmanı “basturma”, yarpaq dolmamızı erməni dolması, lavaşı elə lavaş, börəkləri börək, mantı, köftə və çörəyi elə olduğu kimi, təzəlikcə də lahmacunu “lahmajiunie” olaraq öz mətbəxi kimi təqdim edirlər, hələ Bakı paxlavasını Yerevan paxlavası kimi təqdim etməklərini demirəm, demək istəmirəm, dilim gəlmir.

Mətbəximizə göz dikməkləri azmış kimi, müstəqilliyimizə də göz dikiblər.

SSRİ dağılandan sonra rəsmi olaraq, 23 avqust 1991-ci ildə müstəqilliklərini elan etsələr də, guya ki əslində Ermənistan demokratik respublikası 28 may 1918-ci ildə elan olunubmuş.

Düz eşitdiniz: 28 may 1918 ci il.

Qəsdən bu təqvimi seçib, öz uydurma tarixləri ilə dünyanın gözünü boyamağa çalışsalar da işə yaramadı, çünki bu təqvim tarixə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu o möhtəşəm gün olaraq həkk olunub, nə qədər çalışsalar da heçnə ilə üzərinə kölgə sala bilmədilər.

Bəlkə, 1813-1828-ci illərdə deyən olmadı ki, durun, ağalar.

Axı yurdun öz sahibi var.

Siz nə yazırsınız bayaqdan bəri,

Bəs hanı bu yurdun öz sahibləri. (Bəxtiyar Vahabzadə, “Gülüstan” poeması)

Amma artıq bu yurdun da, üzərindəki haqqın da sahibləri bizik.

Gün gələcək Ermənistanın vaxtı ilə himayədarına sığınıb bizdən zorla aldıqlarının sahibi yenə biz olacağıq.

Sahib olduqlarımıza vaxtında sahib çıxmağımız diləyi ilə hələlik….

Firəngiz Quliyeva

Hamısını Göstər

Related Articles

Back to top button