Ermənilərin Gorus-Qafan yolu üçün alternativi budur

Gorus-Qafan yolunun iki gün bağlı qalmasından sonra Ermənistanda alternativ yolun daha tez istifadəyə verilməsi gündəmə gəldi. Paşinyan hazırda alternativ yolda işlərin getdiyini bildirir, erməni rəsmilər ilin sonuna kimi işləri yekunlaşdırmağın planlaşdırıldığını açıqlayır.

Ermənistan mediası isə Paşinyanın bəhs etdiyi alternativ yoldan videoçəkiliş hazırlayıb. Kadrlarda yolun ensiz, bəzi yerlərdə isə keçilməz olduğu görünür. Görüntülərdən iki nəticə çıxır:

1. Alternativ yolun planlaşdırılan vaxtda təhvil verilməsi çətin olacaq;

2. Alternativ yol istifadəyə veriləndən sonra belə əsas hərəkət və daşıma yolu Azərbaycanın suveren ərazisindən keçən istiqamətdən olacaq;

Bu, Azərbaycana gələcəkdə də əlindəki rıçaqdan istifadə etmək və Ermənistanı iflic vəziyyətinə salmaq imkanı verir.

Hamısını Göstər

Related Articles

Back to top button