Ermənistan daha bir “qara siyahı” açıqladı – 45 ölü

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan ordusu tərəfindən məhv edilmiş hərbçilərinin daha bir qrupunun adını açıqlayıb. Bununla bağlı erməni mediasına istinadən xəbər verilir.

İşğalçı ölkənin Müdafiə Nazirliyi 12 oktyabr tarixində itkilərlə bağlı ilk siyahını elan etmişdi. Bildirilmişdi ki, 27 sentyabrdan indiyədək davam edən döyüşlərdə 480 hərbçi itirib. Az öncə açıqlanan siyahıda daha 45 nəfərin adı var. Beləliklə, Ermənistan rəsmən döyüşlərdə 525 nəfər hərbçi itirdiyini etiraf edib. Əvvəl açıqlanan siyahıdan fərqli olaraq, budəfəki siyahıda 70, 80,90-cı illərdə anadan olmuş hərbçilər üstünlük təşkil edir. Bu da ondan xəbər verir ki, məhv edilənlər muzdlular, yaxud zabitlərdir.

Ancaq əcnəbi jurnalistlər Ermənistanın minlərlə itki verdiyini yazır.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button