Solovyov Azərbaycanı təhqir etdiyinə görə Qod Nisanovdan üzr istədi

Ermənipərəst rusiyalı teleaparıcı Qod Nisanova: “Bu gün Əliyevi yaxşıca təriflədim…”

Sosial şəbəkəni rus seqmentində ermənipərəst rusiyalı teleaparıcı Vladimir Solovyovla Azərbaycan əsilli milyarder və iş adamı Qod Nisanov arasında olduğu iddia edilən söhbətin audio yazısı yayılıb.

Söhbət zamanı Solovyov Nisanov qarşısında  özünü təmizə çıxarmağa və aparıcı olduğu hansısa verilişi nəzərdə tutaraq, ona hesabat verməyə çalışır: “Hörmətli Qod Semyonoviç, mən hər şeyi başa düşürəm, əndişənizi də bölüşürəm. Amma bu gün baxsınlar. Bu gün Paşinyanı söydülər və Əliyevi əməllicə təriflədilər. Şəxsən mən Əliyevi yaxşıca təriflədim”…

Olduqca geniş  yayılandan sonra, teleaparıcı Vladimir Salavyov səs yazısının məzmunu barədə açıqlama verməkdən yayınıb. Məsələyə ümumi münasibət bildirməklə, manevr edib.   O, “Qovorit Moskva” radiosuna bunları deyib: “Mən müntəzəm olaraq çoxlu adamlarla danışıram. Mən azərbaycanlılarla danışıram, ermənilərlə, yəhudilərlə, başqa hər cür adamlarla danışıram. Nə olsun ki? “

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button