Ermənistan Təhlükəsizlik Şurasının katibi Əliyevlə Paşinyan arasında görüşü anons etdi

Yaxın vaxtlarda ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tuta bilər.  Bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.

“Daha əvvəl biz bildirdik ki, yüksək səviyyədə görüşməyə və problemləri müzakirə etməyə hazırıq. Qarşı tərəf (Azərbaycan) həqiqətən də hazır olduğunu bildirsə, ümid edirik ki, ATƏT-in Minsk Qrupu çərçivəsində müzakirələr başlayacaq və görüş yaxın vaxtda baş tutacaq”, – Qriqoryan Azərbaycan prezidentinin ATƏT-in Minsk Qrupu çərçivəsində Paşinyanla görüşə hazır olması ilə bağlı bəyanatını şərh edərkən deyib.

Hamısını Göstər

Related Articles

Back to top button