Ermənistan və ya “Ümidlərin öldüyü ölkə”

Ermənistanın Şirak rayonunun İsahakyan kəndində 70 yaşlı kişinin meyiti tövlədə asılmış vəziyyətdə tapılıb. 33 yaşlı kişi avtomobilini Puşkin dağ keçidində yolda saxlayaraq meşədə təxminən 25 metr gedəndən sonra özünü təhlükəsizlik kəməri ilə ağacdan asıb. Yeğvardda isə avtomobildə dəsmalla boğulan 61 yaşlı kişinin cəsədi tapıldı, şübhəli 31 yaşlı qadındır.

“Hraparak” qəzeti yazır ki, bu, Ermənistanda son günlərin qorxunc kriminal xronikasıdır.

Eyni zamanda sakinlərin ölkədən baş götürüb getməsi və mühacirət etməsi mövzusu da aktualdır.

Qəzet yazır ki, insanların iş tapmağa, pul qazanmağa, ləyaqətlə yaşamağa ümidi yoxdur, onlar ölkədə iqtisadi böyümə və inkişafın olacağına, mövcud problemlərin həll ediləcəyinə inanmırlar. 

Kəndlilər lazımi miqdarda suyun olacağına, borc və vergiləri ödəyə biləcəklərinə və torpaqdan əldə etdikləri gəlirlə ailələrini dolandıra biləcəklərinə ümid etmirlər.

Vətəndaşlar uşaqlarına yaxşı təhsil verəcəklərinə ümidi itiriblər. Müəllimlər heç vaxt yüksək maaş alacaqlarına, iş adamları bundan sonra hər hansı bir işi inkişaf etdirə biləcəklərinə, universitetlərin işçiləri normal bir rektora sahib olacaqlarına və universitetlərin inkişaf edəcəyinə ümid etmirlər. Bir sözlə, böhran davam edir və hər yerdə var.

Hamısını Göstər

Related Articles

Back to top button