Ermənistanın xüsusi nümayəndəsi Fransa səfirini Türkiyə ilə danışıqlar barədə məlumatlandırıb

Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan Fransa səfiri Ann Luyonu qəbul edib.

“Sputnik Armenia”ya xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, fransalı diplomatın xahişi ilə Ruben Rubinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti, eləcə də son görüşdə əldə olunmuş razılaşmalar barədə onu məlumatlandırıb.

Görüşdə həmçinin regional problemlər də müzakirə olunub.

Hamısını Göstər

Related Articles

Back to top button