Evində nişan mərasimi keçirən vəzifəli şəxsə töhmət verildi

Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi qaydalarını pozaraq ev şəraitində 19 nəfərdən ibarət yığıncaq təşkil edib. 

Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. 

Bildirilib ki, qeyd edilənlər nəzərə alınaraq, Təhsil nazirinin müvafiq əmri ilə Mətanət Misirxanovaya töhmət verilib.

Mənbə
apa.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close