Evində narkotik gizlədən Göyçay sakini saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, Göyçay şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Adil İsgəndərovun yaşadığı ünvanda narkotik vasitə gizlətməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı o, şübhəli şəxs qismində saxlanılıb və yaşadığı ünvandan 465 qram qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button