Fəxrəddin Ziya – Yeriyin düşmən üstünə

Yeriyin düşmən üstünə
(döyüşən əsgərlərimizə)

Haydı igidlərim,cürət vaxtıdır,
yeriyin,yeriyin düşmən üstünə.
Ya olum,ya ölüm-qeyrət vaxtıdır,
yeriyin,yeriyin  düşmən üstünə.

Yenə qan içində Turan qardaşım,
nə qədər yurd-yuvan  viran, qardaşım.
Düşmənlə üz-üzə duran qardaşım,
yeriyin,yeriyin  düşmən üstünə.

Aldandıq vədlərə, “bu gün-sabaha”,
vaxt indi bizimçün hər şeydən baha.
Biz ala bilməsək, qayıtmaz daha,
yeriyin,yeriyin  düşmən üstünə.

Yaşlılar xiffətdən düşdülər  dərdə,
getdi həya, abır, götürüldü pərdə.
Qalxın, gücünüzü  göstərin  bir də,
yeriyin,yeriyin  düşmən üstünə.

İndi xalqın  güvənc  yeri siziniz,
Babəkin,Həzinin biri sizsiniz.
Bu cansız  torpaqda  diri  sizsiniz,
yeriyin,yeriyin  düşmən üstünə.

İz salın  Murovun  ağ zirvəsinə,
hay verin  boz qurdun  haray səsinə.
Hələ çox fırlanır  dünya  tərsinə,
yeriyin,yeriyin  düşmən üstünə.

Əzin  düşmənləri, əzin,yeriyin,
üzün  başlarını, üzün,yeriyin.
yeriyin, yeriyin  düşmən üstünə.
yeriyin, yeriyin  düşmən üstünə.

Hamısını Göstər

Related Articles

Back to top button
Close