Fermadan 176 baş qoyun oğurlayan iki şəxs saxlanıldı

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən  əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may ayının 27-də Muğan Gəncəli kəndi ərazisində yerləşən fermaların birindən 176 baş qoyun oğurlamaqda şübhəli bilinən iki nəfər şəxs saxlanılıb. Araşdırmalarla onların Salyan rayon sakini Tufan Bayramov və Gəncə şəhər sakini Vilayət İsrafilov olduqları müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, dəstə üzvlərinin digər oğurluq hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.

Hamısını Göstər

Related Articles

Back to top button
Close