FHN “Sobsan” boya fabrikindəki yanğının görüntülərini yayımladı

Fövqəladə Hallar Nazirliyi 7-ci mikrorayondakı “Sobsan” boya fabrikindəki yanğının söndürülməsi ilə bağlı görüntüləri yayımlayıb.

FHN-dən verilən məlumata görə, hazırda yanğının lokallaşdırılması üçün mübarizə davam edir.

Nazirliyin bir sıra rəsmi şəxsləri hadisə yerindədir.

22:00

Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğının təfərrüatı bəlli olub.

Baku TV-nin müxbirinin əldə etdiyi ilkin məlumata görə, hadisə iri boya borularından birinin partlaması nəticəsində baş verib.

Bu zaman fabrikə məxsus avtomobil yanıb.

Bundan əlavə, fabrikin əməkdaşı Əsgər adlı şəxsin yanıq xəsarəti aldığı dəqiqləşib. Ayaqları yanan şəxsə həkimlər ilk yardım göstəriblər.

Həmçinin yanğınla mübarizə zamanı FHN əməkdaşlarından zəhərlənənlərin və həkim müdaxiləsinə ehtiyac duyanların olduğu da bildirilib.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button