Florida ştatında fövqəladə vəziyyət elan edilib.

ABŞ Prezidenti Co Bayden yaxınlaşan “İen” fırtınası ilə bağlı Florida ştatında fövqəladə vəziyyət elan edilməsi ilə bağlı fərman imzalayıb.

Bu barədə Ağ ev məlumat yayıb.

Fərman ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin və Fövqəladə Hallar üzrə Federal Agentliyin Florida ştatına yardım etməsini nəzərdə tutur.

Eyni zamanda fırtına ilə bağlı Co Baydenin sentyabrın 27-də Floridaya səfəri də təxirə salınıb.

Hamısını Göstər

Related Articles

Back to top button