Floridadakı gənclərimiz Türkiyəyə humanitar yardım kampaniyasına qoşulublar

ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan Tələbələr Assosiasiyası Türkiyədə zəlzələdən zərərçəkənlərə humanitar yardım kampaniyasına qoşulublar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Polise.az-a bildiriblər ki, Florida Beynəlxalq Universitetindəki Azərbaycan Tələbələr Assosiasiyasının rəhbəri Aydın Eminov gənclərimizin qardaş Türkiyədə baş verən dağıdıcı təbii fəlakəti böyük sarsıntı və kədərlə qarşıladıqlarını qeyd edib. Onun sözlərinə görə, bu ağır günlərdə Türkiyənin yanında olmaq və zəlzələdən zərərçəkənlərə dəstək göstərmək məqsədilə azərbaycanlı gənclər universitetin nəzdindəki Türk Tələbələr Assosiasiyasının təşkil etdiyi humanitar yardım kampaniyasında fəal iştirak ediblər.

Aydın Eminov diqqətə çatdırıb ki, toplanan yardım Türkiyənin zəlzələ bölgəsinə göndərilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button