Fransa ilə İtaliya arasında dəmir yolu əlaqəsi kəsilib
Fransanın Savoy regionunda baş verən torpaq sürüşməsi nəticəsinə İtaliya ilə dəmir yolu əlaqəsi kəsilib, qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Polise.az xəbər verir ki, bu barədə İtaliyanın “La Stampa” nəşri yazıb.
Güclü yağışlardan sonra Fransa-İtaliya sərhədi yaxınlığında güclü torpaq sürüşməsi baş verib. Bu səbəbdən Milandan Parisə və geriyə qatarlar ən azı sabaha qədər ləğv edilib.
Polise.az