Fransa tarix boyu ermənilərdən belə istifadə edib…
Fransanın Cənubi Qafqazdakı marağının və erməniləri müdafiə etməsinin bir neçə səbəbi var. Ən birincisi ermənilərlə Fransa arasındakl əlaqənin tarixidir. Bu əlaqələrin yaşı 200 ilə bərabərdir. Osmanlı dövründə yaşayan ermənilərin təhsil aldığı əsas universitetlər Fransada idi. O zamanlar Fransa Osmanlının tərkibində özünə dayaq məntəqələri yaratmaq üçün ermənilərdən istifadə edirdi. Ermənilərə münasibət xristiyan təəssübkeşliyindən irəli gəlir. Fransada və Avropada belə bir fikir formalaşıb ki, güya ermənilər Asiyada müsəlmanlığa qarşı son xristiyan qalasıdır. Müsəlmanlardan müdafiə etmək üçün ermənilərə kömək etmək lazım gəlir”.
Bu sözləri Demokrat.az-a politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, digər əsas səbəb Fransanın qlobal maraqlarıdır:
“Təsadüfi deyil ki, 19-cu əsrdə Osmanlıda yaradılan erməni komitələrinin rəhbərləri Fransa universitetlərini oxumuş şəxslər idi. Fransa ATƏT-in Minsk qrupunun üzvü olaraq uzun müddət əsl üzünü gizlətməyə çalışsa da, 2020-ci ildən sonra bütün maskalar cırıldı. Makron açıq şəkildə Ermənistanı dəstəklədi.
1987-ci ildə Qarabağla bağlı çıxan ilk yazı Fransanın “Humanity” qəzetində çap olunmuşdu. O zaman ermənilərdən biri məsələni mətbuatda qaldırmışdı. Həmin erməni Qarbaçovun köməkçilərindən biri idi”.
Politoloq bildirib ki, Fransa Azərbaycan ərazilərin işğal altında qalması və zamanla Ermənistanın tərkib hissəsi olmasının tərəfdarıdır:
“Bu səbəbdən də Cənubi Qafqazda ermənilərdən istifadə edir. Fransanın erməni dəstəkçisi olmasının arxasında Azərbaycan və Türkiyəyə qarşı münasibəti də dayanır. Bu münasibət tarixi rəqabətə dayanır. Fransa son illər ərzində Afrikada uduzduğu mövqeləri kompensassiya etmək üçün Qafqaza maraq göstərir. Fransanın Afrikada uduzduğu dövlətlərdən biri də Türkiyədir.
Liviyada Fransanın dəstəklədiyi “Həftar” qruplaşması Türkiyənin dəstəklədiyi legitim Liviya hökuməti tərəfindən darmadağın edildi. İki ölkənin Aralıq dənizində də rəqabəti var. Bu səbəblərə görə Fransa Türkiyənin əzəli düşmanı Ermənistan, Yunanıstan və Şimali Kipri silahlandırır. Fransa bölgəyə yerləşməklə özünün əzəli müttəfiqi İranla yaxınlaşmağı, Ermənistanda hərbi baza yaratmağı arzu edir. Bununla da Cənubi Qafqazda nəzarəti ələ almaq istəyir. Gələcəkdə uranın orta Asiyadan Fransaya çatdırılmasını təmin etmək istəyir. Bütün bunlar Fransanın çox çeşidli maraqlarının yalnız bir qismidir”.
Polise.az