Fransa və Avstraliya Ukraynaya minlərlə top mərmisi göndərəcək

Fransa və Avstraliya birgə Ukraynaya minlərlə 155 millimetrlik top mərmisi göndərəcək.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Catherine Kolonna, müdafiə naziri Sebastien Lekornu, Avstraliyanın xarici işlər naziri Penny Wong və müdafiə naziri Richard Marles Fransanın paytaxtı Parisdə birgə bəyanatla çıxış ediblər.

Kolonna qeyd edib ki, hər iki ölkə əməkdaşlığı genişləndirməyə razılaşıblar.

Fransanın müdafiə naziri iki ölkənin birlikdə Ukrayna üçün minlərlə top mərmisi istehsal edəcəyini də qeyd edib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button